Ən bahalı taksi İsveçrədə, ən ucuzu Filipində – ölkələrə görə 1 km üçün taksi tarifləri necədir?
Qonşu ölkələrlə müqayisədə Türkiyədə taksi ən bahalıdır. Bu barədə Numbeonun yenilənmiş məlumatlarında bildirilir. Numbeo 103 ölkəni əhatə edərək, 1 kilometr üçün taksi orta qiymətlərini müqayisə edib.

Məlumatlara görə, Türkiyədə 1 km üçün taksi orta qiyməti 81 sentdir. Bu göstərici ilə Türkiyə 103 ölkə arasında 74-cü yerdədir.

Qonşu ölkələr arasında Türkiyəni taksi qiymətinə görə reytinqdə 79-cu yerdə Gürcüstan izləyir. Numbeoya görə burada 1 km üçün orta taksi qiyməti 74 sentdir.

Məlumatlara görə, Azərbaycanda 1 km üçün taksi qiyməti 59 sentdir və bu göstərici ölkəni 85-ci yerə çıxarır. Onu isə Rusiya izləyir – 1 km üçün qiymət 45 sent və 89-cu yer.

Qeyd edək ki,
Gürcüstanın qonşu ölkələri arasında 1 km üçün taksi ən ucuz Ermənistandadir. Numbeo məlumatlarında Ermənistan 102-ci yerdədir. Daha dəqiq desək, Ermənistanda 1 km üçün orta taksi tarifinin qiyməti 26 sentdir.

Dünyada taksi ən bahalı olan 5 ölkə belədir:
  • İsveçrə – 4.73 dollar
  • Lüksemburq – 4.06 dollar
  • Albaniya – 3.61 dollar
  • Bəhreyn – 3.45 dollar
  • Mavriki – 3.25 dollar
Eyni zamanda, Numbeoya görə dünyada taksi ən ucuz olan ölkələr bunlardır:
  • Filipinlər – 24 sent
  • Ermənistan – 26 sent
  • Hindistan – 28 sent
  • Moldova – 29 sent
  • İran – 30 sent

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google