Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv qar
yağışı və mürəkkəb meteoroloji şərait
səbəbindən avtomobil yollarının bəzi hissələrində xüsusi hərəkət
rejimi tətbiq edilib.
Buzlaşma, intensiv qar yağışı və çətin meteoroloji şəraitlə
əlaqədar olaraq qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin
hərəkəti aşağıdakı yol sahələrində məhdudlaşdırılıb:
- Mtsxeta–Stepantsminda–Lars avtomobil yolunun Qudauri
(poçt)–Kobi hissəsində
- Koda–Partsxisi–Manqlisi–Tsalkа–Ninotsminda yolunun
Koda–Algeti və Ayazma–Ninotsminda hissələrində
- Nakerala aşırımında
- Saçxere–Raça yolunda
- Partsxisi–Tetritskaro yolunda
- Marneuli–Tetritskaro–Tsalkа yolunda
- Kutaisi–Tskaltubo–Tsaqeri–Lentexi–Lasdili yolunun
Opitara–Mele hissəsində
- Kutaisi–Alpana–Mamisоn yolunun Korenisi–Şovi
hissəsində
- Zuqdidi–Cvari–Mestia–Lasdili yolunun Cvari–Uşquli
hissəsində
Qar uçqunu təhlükəsi, güclü qar yağışı, zəif görünmə və çovğun
səbəbindən bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti
olaraq aşağıdakı yol sahələrində məhdudlaşdırılıb:
- Niçbisi–Didqori–Didi Toneti yolunda
- Batumi–Axaltsixe yolunun Qoderzi kurortu–Utkisubani
hissəsində
- Korşa–Şatili hissəsində
- Uşquli–Lasdili hissəsində
Yalnız yüksək keçid qabiliyyətinə malik nəqliyyat vasitələrinin
hərəkətinə Vaziani–Qombori–Telavi yolunun Verona–Telavi hissəsində
və Batumi–Axaltsixe yolunun km 50–km 103 aralığında icazə
verilir.
Avtomobil yollarının digər hissələrində isə avtonəqliyyat
vasitələrinin hərəkəti sərbəstdir.
Mənbə: BusinessMedia
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.