Yuxarı Lars sərhəd-buraxılış məntəqəsində Şimali Osetiya tərəfdən
1500-dən artıq yük avtomobili dayanıb.
Onlar Rusiya–Gürcüstan sərhədini keçməyi gözləyirlər.
Bu barədə Şimali Osetiya–Alaniya Respublikasının Yol Hərəkətinin
İdarə Edilməsi Mərkəzinin rəsmi internet saytında məlumat
verilib.
Hazırda ağır yük avtomobillərinin Gürcüstan–Rusiya sərhədi
istiqamətində hərəkəti qadağandır, digər növ nəqliyyat
vasitələrinin hərəkətinə isə icazə verilir.
Son məlumatlara əsasən, elektron növbə sistemində 1700-dən
çox ağır
yük avtomobili qeydiyyatdan keçib.
Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin mətbuat xidmətinin
məlumatına görə, Yuxarı Lars nəzarət-buraxılış məntəqəsində yük
avtomobillərinin hərəkəti hava şəraitinin pisləşməsi səbəbindən 17
yanvar tarixindən etibarən dayandırılıb.
Qurum bildirir ki, Vladikavkaz ilə Lars yaşayış məntəqəsi arasında
yerləşən yol sahəsində Rusiyadan çıxış istiqamətində Gürcüstana
doğru hərəkət hava şəraitinin kəskin pisləşməsi və nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunmasının mümkün
olmaması səbəbindən qadağan edilib. Qərar Gürcüstanın Sərhəd Polisi
tərəfindən verilən tövsiyələr əsasında qəbul edilib.
Qeyd edək ki, bundan əvvəl nəzarət-buraxılış məntəqəsində bütün növ
nəqliyyat vasitələrinin hərəkəti 11 yanvar tarixində
dayandırılmışdı. Buna səbəb də əlverişsiz hava şəraiti olmuşdu.
Hərəkət 15 yanvar tarixində bərpa edilib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.