“İkiqat vətəndaşlığı olan və müraciəti siyahıya daxil
olmayan ölkənin etibarlı pasportu ilə təqdim edən
şəxslərə
immiqrasiya vizalarının verilməsinə qoyulan pauza şamil
edilməyəcək”, – bu barədə ABŞ səfirliyinin yaydığı bəyanatda qeyd
olunur.
Xatırladaq ki, yanvarın 14-də ABŞ-ın immiqrasiya vizalarının
verilməsini Gürcüstan vətəndaşları üçün də dayandıracağı məlum
olub.
Beynəlxalq mediada ABŞ-ın vizaların verilməsini dayandıracağı
ölkələrin tam siyahısı da dərc edilib.
Gürcüstanla yanaşı, siyahıya
Rusiya, Ermənistan və Azərbaycan da daxildir.
Pauza yanvarın 21-dən qüvvəyə minəcək və Dövlət Departamenti viza
prosedurlarının yenidən qiymətləndirilməsini başa çatdırana qədər
qeyri-müəyyən müddətə davam edəcək.
Səfirliyin məlumatına görə, Prezident Tramp açıq şəkildə bəyan edib
ki, immiqrantlar maliyyə baxımından özlərini təmin edə bilməli və
amerikalı vergi ödəyiciləri üçün maliyyə yükünə çevrilməməlidirlər.
Dövlət Departamenti bütün siyasətləri, qaydaları və təlimat
sənədlərini tam şəkildə yenidən nəzərdən keçirir ki, yüksək riskli
ölkələrdən gələn immiqrantların ABŞ-da sosial yardımlardan istifadə
etməsinin və ictimai yükə çevrilməsinin qarşısı alınsın.
Bu qərardan sonra yaranan suallarla bağlı ABŞ-ın Gürcüstandakı
səfirliyi ən çox verilən sualları yayımlayıb:
“İmmiqrasiya vizası üzrə müsahibə tariximə nə
olacaq?”
Yuxarıda qeyd olunan ölkələrin vətəndaşı olan immiqrasiya vizası
müraciətçiləri ərizə təqdim edə və müsahibədə iştirak edə bilərlər.
Departament müsahibə tarixlərinin təyin edilməsini davam etdirəcək,
lakin pauza dövründə bu vətəndaşlara immiqrasiya vizaları
verilməyəcək.
“İstisnalar mövcuddurmu?”
İkiqat vətəndaşlığı olan və müraciəti yuxarıda sadalanan siyahıya
daxil olmayan ölkənin etibarlı pasportu ilə təqdim edən şəxslərə bu
pauza şamil olunmayacaq.
“Bu pauza hazırda qüvvədə olan vizama təsir edəcəkmi?”
Xeyr. Bu göstəriş çərçivəsində heç bir immiqrasiya vizası ləğv
edilməyib. ABŞ-a girişlə bağlı suallar üçün Daxili Təhlükəsizlik
Departamentinə (DHS) müraciət etməyiniz xahiş olunur.
“Bu pauza turist vizalarına da şamil olunurmu?”
Xeyr. Bu pauza yalnız immiqrasiya vizası müraciətçilərinə aiddir.
Turist vizaları qeyri-immiqrasiya vizalarıdır”, –
deyə səfirliyin bəyanatında bildirilir.
Xatırladaq ki, məhdudiyyətin tətbiq edildiyi ölkələrin tam siyahısı
aşağıdakılardır: Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və
Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş,
Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Birma,
Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Kot-d’İvuar, Kuba, Konqo
Demokratik Respublikası, Dominika, Misir, Eritreya, Efiopiya, Fici,
Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran,
İraq, Yamayka, İordaniya, Qazaxıstan, Kosovo, Küveyt, Qırğızıstan,
Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan,
Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo
Respublikası, Rusiya, Ruanda, Sent-Kits və Nevis, Sent-Lusiya,
Sent-Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi
Sudan, Sudan, Suriya, Tanzaniya, Tayland, Toqo, Tunis, Uqanda,
Uruqvay, Özbəkistan və Yəmən.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.