Kiyev ABŞ rəsmiləri ilə son danışıqlarda heç bir razılaşma əldə
etməyib, müzakirələr yanvarın 19-da
İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu çərçivəsində davam
etdiriləcək. Tərəflər Rusiyanın Ukraynada qarşı dörd ilə yaxındır
apardığı müharibəni sona çatdırılması üçün müzakirələr
aparırlar.
Floridada iki günlük danışıqlarda Ukraynanı təmsil edən Rustem
Umerov yanvarın 18-də sosial mediada yazıb ki,
"ədalətli və
davamlı sülh əldə etmək, Ukraynanın təhlükəsizlik təminatlarını və
növbəti addımları razılaşdırmaq üçün işi davam
etdirəcəyik".
Umerov Ukraynanın əsas tələblərindən birinin ABŞ və Avropadan
təhlükəsizlik təminatları olduğunu vurğulayıb.
"Məzmunlu" müzakirələr
Umerov danışıqları "məzmunlu" adlandırıb, iqtisadi inkişaf və rifah
planının müzakirə edildiyini bildirib. ABŞ-ni danışıqlarda
prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezident Donald
Trampın kürəkəni Cared Kuşner təmsil edir.
Tramp 2025-ci ilin noyabrında Ukrayna prezidenti Volodimir
Zelenskiyə çoxlarının Rusiyanın xeyrinə saydığı 28 maddəlik sülh
təklifini qəbul etməsi üçün təzyiq göstərib. Ukrayna isə Avropa
tərəfdaşları – Böyük Britaniya, Fransa və Almaniya ilə alternativ
plan hazırlamağa çalışıb. Onların təklif etdiyi 20 maddəlik planda
Ukrayna üçün təhlükəsizlik təminatları, ərazi bütövlüyü nəzərə
alınıb.
Tramp bugünlərdə Zelenskinin sülh müqaviləsini Rusiya prezidenti
Vladimir Putindən daha çox əngəllədiyini iddia edib. Zelenski isə
bu ittihamı rədd edib.
"Aydındır ki, ABŞ müharibəni sabah bitirmək istəyir. Biz isə bu
müharibəni bu gün bitirmək istəyirik. Hər ikimiz buna maraq
göstəririk. Və başa düşürük ki, müharibənin sona çatmamasının
səbəbi Rusiyadır", - o deyib.
Diplomatiya, raket zərbələri deyil
Zelenski yanvarın 18-də gecə videomüraciətində deyib ki,
"rusiyalılar müharibəni gerçəkdən dayandırmaq istəyirlərsə, raket
zərbələrinə… deyil, diplomatiyaya fokuslanardılar".
Bu arada Rusiyanın hücumları paytaxt Kiyevdə enerji
infrastrukturunun böyük hissəsini sıradan çıxarıb, sakinlər
soyuqdan əziyyət çəkir.
Yanvarın 9-da Rusiyanın böyük bir hücumundan sonra paytaxtda çox
evdə hələ də istilik və digər kommunal xidmətlər yoxdur.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.