Qəzza Sülh Şurasında daimi yer almaq istəyən ölkələr 1 milyard dollar ödəməlidir
ABŞ administrasiyası Sülh Şurasında daimi yer tutmaq istəyən ölkələrdən 1 milyard dollar istəyir. Bu haqda "Bloomberg", "Reuters" şuranın nizamnamə layihəsinə istinadla yazır.

Layihənin 60-dək ölkəyə göndərildiyi bildirilir. 1 milyard dollar üç ildən çox davam edəcək üzvlükdən gedir.

Qalan üzvlər isə qurumun tərkibində üç ilədək qalacaqlar, sədrin onları dəyişdirmək səlahiyyəti olacaq.

Sənədə görə, Sülh Şurasının ilk sədri ABŞ prezidenti Donald Tramp olacaq, quruma kimlərin dəvət olunmasına, kimləri çıxarmağa da o qərar verəcək.

Qərarlar səs çoxluğu ilə qəbul ediləcək, amma qərarları sədr təsdiqləyəcək.

Adı çəkilməyən ABŞ rəsmisi "Bloomberg"ə deyib ki, yığılan vəsait Qəzzanın bərpasına xərclənəcək.

Sülh Şurasının yaradılması Trampın Qəzzada münaqişənin nizamlanmasına dair sülh planına salınmışdı. Amma "The Financial Times" yazır ki, nizamnamə mətnində Qəzza xatırlanmır. Sənədə görə, "Sülh Şurası münaqişələrdən zərər çəkmiş, onların yaranma riski olan bölgələrdə sabitliyin təşviqinə, etibarlı və qanuni idarəçiliyin bərpasına, davamlı sülhü təmin etməyə çalışan beynəlxalq qurumdur".

"Bloomberg" yazır ki, Trampın tənqidçiləri ABŞ prezidentinin uzun müddətdir tənqid etdiyi BMT-yə alternativ və ya rəqib qurum yaratmağa çalışmasından ehtiyatlanırlar. Məlumata görə, Tramp artıq bir sıra dünya liderlərini, Argentina prezidenti Xavyer Miley, Kanada baş naziri Mark Karni, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasına dəvət edib. "Reuters" mənbələrinə istinadla Fransa, Almaniya və Avstraliya liderlərinin də dəvət olunduğunu bildirir. Avropa Komissiyasının
sədri Ursula fon der Lyayen Avropa İttifaqını təmsil etmək üçün dəvət olunub.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google