ABŞ prezidenti Donald Tramp yanvarın 18-də deyib ki, Danimarka
Qrenlandiyanı Rusiya təhdidindən kənar tutmaq üçün heç nə edə
bilməyib.
"İndi bunun vaxtı çatıb və baş
verəcək!!!", – o əlavə edib.
"NATO 20 ildir Danimarkaya deyir ki, "Qrenlandiyanı Rusiyanın
təhdidindən uzaqlaşdırmalısınız". Təəssüf ki, Danimarka bununla
bağlı heç nə edə bilməyib", – Tramp özünün "Truth
Social" sosial şəbəkəsində yazıb.
Ağ ev və Danimarkanın Xarici İşlər Nazirliyi (XİN) hələlik məsələni
şərh etməyib.
Tramp dəfələrlə bəyan edib ki, o, Danimarkanın muxtar ərazisi olan
Qrenlandiyaya sahiblənmək istəyir.
Danimarka və Qrenlandiya isə adanın satışa çıxarılmadığını, ABŞ-nin
bir hissəsi olmaq istəmədiyini vurğulayıb.
O, Çin və Rusiyanın bölgədə iştirakının gücləndiyini, bunun
Qrenlandiyanı ABŞ-nin təhlükəsizlik maraqları üçün həyati
əhəmiyyətli etdiyini deyir. Danimarkanın, Avropanın digər rəsmiləri
Qrenlandiyanın NATO-nun kollektiv təhlükəsizlik sazişi ilə
qorunduğunu bildirirlər.
Tramp yanvarın 17-də ABŞ-yə Qrenlandiyanı almağa icazə verilənədək
Avropadakı müttəfiqlərə tariflərin artırılacağını söyləyib.
Avropa İttifaqı (Aİ) səfirləri isə yanvarın 18-də Trampı bundan
çəkindirmək üçün səyləri gücləndirməyə, eyni zamanda tariflər
qüvvəyə minərsə, cavab addımları atmağa razılaşıblar.
Aİ liderləri bu həftə Brüsseldə təcili toplantı keçirəcəklər.
Müzakirə olunacaq bir variant 93 milyard avro həcmində ABŞ idxalına
tarif tətbiqidir. Bu tarif fevralında 6-dan altı aylığa qüvvəyə
minə bilər.
12 yanvar
Tramp Qrenlandiyanın müdafiəsi barədə: 'İki it
xizəyidir'
ABŞ prezidenti Donald Tramp bir daha deyib ki, Birləşmiş Ştatlar
Qrenlandiyanı ələ keçirməsə, bunu Rusiya və ya Çin edə bilər, çünki
adanın faktiki olaraq öz müdafiəsi yoxdur.
"Əslində, onların müdafiəsi iki it xizəyindən
ibarətdir. Bunu bilirdinizmi? Onların müdafiəsinin nədən ibarət
olduğunu bilirsinizmi? İki it xizəyindən", – Tramp
jurnalistlərə deyib.
Trampın sözlərinə görə, Moskvanın və ya Pekinin təsirinin
güclənməsini önləmək üçün Qrenlandiya razılaşma bağlamalıdır.
Prezident onu da vurğulayıb ki, söhbət məhz ABŞ-nin Qrenlandiyanı
ələ keçirməsindən gedir. Onun iddiasına görə, əks halda, bunu
Rusiya və ya Çin edəcək.
"Prezident olduğum müddətdə
bu, baş verməyəcək", – Tramp deyib.
Tramp bundan öncə də ABŞ-nin Danimarka Krallığına məxsus muxtar ada
üzərində nəzarətinin qurulmasının zəruriliyini Rusiyadan, Çindən
gələn təhdidlərlə əsaslandırıb. "The Financial Times" isə Şimali
Avropa ölkələri diplomatlarının Trampın Qrenlandiya yaxınlığında
Rusiya və Çin gəmilərinin mövcudluğu ilə bağlı iddialarını təkzib
etdiyini yazır.
ABŞ prezidentinin dediyi it xizək dəstələri Danimarka Hərbi Dəniz
Qüvvələrinin elit "Sirius" bölməsinə aiddir. Bu bölmə XX əsrin
ortalarından Qrenlandiyanın şimal-şərq hissəsində patrul xidməti
aparır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.