Yanvarın 18-də Suriya hökuməti əsas kürd silahlı dəstəsi ilə
genişmiqyaslı razılaşma əldə edib.
Tərəflər kürdlərin mülki və hərbi strukturlarının mərkəzi hökumətin
nəzarətinə verilməsinə razılaşıblar. Bununla da günlərdir gedən
döyüşlərə son qoyulub. Suriya qoşunları əsas neft yataqları da
daxil olmaqla bəzi əraziləri ələ keçirmişdi.
ABŞ-nin elçisi Tom Barrak bunu "həlledici dönüş nöqtəsi"
adlandırıb. Amma onu da deyib
ki, hərtərəfli inteqrasiya sazişinin
detalları ilə bağlı çətin iş qarşıdadır.
"Reuters" yazır ki, razılaşmanın şərtləri kürdlərin rəhbərlik
etdiyi Suriya Demokratik Qüvvələrinə (SDF) ciddi zərbə sayılır. Bu
qruplaşma 10 ildən çoxdur Suriyanın şimal-şərqində yarımmuxtar
bölgəni idarə edir.
SDF rəhbəri Məzlum Abdi qruplaşmanın ərəb əhalinin üstünlük təşkil
etdiyi iki vilayətdən çıxmağa razılaşdığını bildirib. Söhbət
ölkənin əsas neft və buğda istehsalçısı olan Deyr əz-Zor və Fərat
çayı üzərində mühüm su-elektrik bəndlərinin yerləşdiyi Rəqqadan
gedir.
SDF Bəşər Əsəd 2024-cü ilin sonlarında devriləndən sonra Suriyanı
idarə edən islamçı hökumətə inteqrasiya olunmağa qarşı çıxırdı.
Abdi əş-Şaraa ilə görüşəcək
Suriya prezidentliyinin yayımladığı 14-maddəlik razılaşmada Suriya
prezidenti Əhməd əş-Şaraa və Abdinin imzaları yer alıb. Dövlət
mediası sənədin ayrı-ayrılıqda imzalandığını bildirib.
Kürd mediası yazır ki, Abdi yanvarın 19-da Dəməşqdə Şaraa ilə
görüşəcək, geri qayıtdıqdan sonra razılaşmanın detallarını
ictimaiyyətlə bölüşəcək. O, şimal-şərqdəki kürd bölgəsində əldə
olunmuş uğurları qoruyacaqlarını bildirib: "Biz bu müharibəyə
məcbur olunduq. Onun qarşısını almaq istəyirdik, amma təəssüf ki,
bir çox qüvvə onu planlaşdıraraq bizə sırıdı".
ABŞ həm SDF-i, həm də əş-Şaraanı dəstəkləyir. Onların savaşı
Vaşinqtonu küncə sıxışdırmışdı. ABŞ Suriyanı mərkəzi hökumətin
nəzarəti altında birləşdirmək vədi verib.
Amma "Reuters" Suriya qüvvələrinin bazar günü də irəlilədiyini
yazır. Razılaşma əldə olunmazdan öncə aparıcı kürd komandir
agentliyə deyib ki, ABŞ döyüşləri dayandırmaq üçün daha qətiyyətlə
müdaxilə etməlidir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.