Bolnisi meriyası bələdiyyə ərazisində küçə işıqlarına xidmət göstərilməsi üçün 6 586,26 lari xərcləməyi planlaşdırır
Bolnisi meriyası bələdiyyə ərazisində küçə işıqlarına xidmət göstərilməsi üçün 6 586,26 lari xərcləməyi planlaşdırır. Özünüidarə dekabr ayında qeyd olunan layihə üçün tender elan edib.

Tender sənədlərinə əsasən, sıradan çıxmış işıqların yeniləri ilə əvəz edilməsi, itmiş işıqların əlavə olunması, eləcə də xarici işıqlandırma dirəklərinin təmiri planlaşdırılır.

Tenderə əsasən, şəhər üzrə 68 küçədə yerləşən işıqlandırma sistemlərinə, həmçinin Bolnisi
ərazisindəki meydan və parklarda quraşdırılmış işıqlara xidmət göstərilməsi nəzərdə tutulur.

Tenderdə iştirak etmək istəyən şirkətlər 15–20 yanvar tarixlərində öz təkliflərini göndərə bilərlər.

Qalib şirkət müqavilənin imzalandığı tarixdən 31 dekabr 2026-cı ilədək və ya müqavilə dəyəri tam başa çatanadək işləri mərhələli şəkildə bələdiyyəyə təhvil verməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər