Dünya milyarderlerinin sərvəti rekord səviyyəyə çatdı – Oxfam
Xeyriyyə təşkilatları birliyi Oxfam-ın illik hesabatına görə, 2025-ci ildə dünya milyarderlərinin ümumi sərvəti 2,5 trilyon dollar artaraq yeni rekord səviyyəyə yüksəlib. Hesabat bu gün, yanvarın 19-da, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu (WEF) başlaması ilə əlaqədar təqdim olunub.

Oxfam hesablayır ki, milyarderların ümumi sərvəti 2020-ci ilin martından bəri 81% artaraq 18,3 trilyon dollara çatıb. Hesabata görə,
planetin ən varlı insanı İlon Mask dünyada orta illik gəlirin ekvivalentini dörd saniyədə qazanır.

Eyni zamanda, hesabatda qeyd olunur ki, insanlığın təxminən yarısı yoxsulluq şəraitində yaşayır. Onların sərvəti qlobal zənginliyin cəmi 0,52%-ni təşkil edir. Qalan sərvətin 43,8%-i isə ən zəngin 1%-in payına düşür.

“Biz milyarder dövründə yaşayırıq və bu dünya üçün pis xəbərdir,” – Oxfam-ın Almaniya şöbəsinin rəhbəri Şarlot Beker deyib.

O, xüsusilə narahatedici məqamın zəngin insanların iqtisadi gücünün siyasi təsirə çevrilməsi olduğunu vurğulayıb. Bu isə demokrasiyanın zəifləməsinə səbəb olur.

Almaniya milyarder sayı baxımından dördüncü yerdədir. Oxfam-a görə, 2025-ci ildə Almaniyada milyarder sayı artıb – ölkədə 172 milyarder var, halbuki əhalinin beşdə biri yoxsul sayılır.

Təşkilat milyarder vergisinin tətbiqini məqbul hesab edir. Onların fikrincə, bu addım sərvətin daha ədalətli bölüşdürülməsinə, iqlim dəyişikliyi ilə mübarizəyə və demokratiyanın qorunmasına kömək edər.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google