Xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılması faktı
üzrə təqsirləndirilən Koba Xundadzeyə tətbiq edilmiş həbs qətimkan
tədbiri girovla əvəz edilib.
O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəhbəri Qriqol
Liluaşviliyə yaxın şəxs hesab olunur.
Koba Xundadzenin vəkili Malxaz Lapaci “Azadlıq Radiosu”na verdiyi
açıqlamada bildirib ki, təqsirləndirilən şəxs yanvarın 16-da girov
qarşılığında istintaq təcridxanasını tərk edib.
“İstintaq prosesi davam edir, buna görə də bundan artıq
heç nə deyə bilmərəm. Qardaşına gəldikdə isə, mən onun vəkili
deyiləm və onun barəsində heç nə deyə bilmərəm”, -
vəkil əlavə şərh verməyib.
Yanvarın 19-da “TV Pirveli” telekanalının yaydığı məlumata görə,
Koba Xundadzenin azadlığa buraxılması ilə eyni vaxtda onun qardaşı,
Gəlirlər Xidmətinin keçmiş sədr müavini Vladimir Xundadze
saxlanılıb.
“TV Pirveli”nin məlumatına əsasən, Vladimir Xundadze istintaq
orqanına özü gəlib və könüllü şəkildə təslim olub.
“Azadlıq Radiosu” işin əlavə detallarını dəqiqləşdirməyə
çalışır.
Vladimir Xundadzeyə qarşı cinayət işi ötən il oktyabrın 31-də
başlanıb. Prokurorluq onu vəzifə səlahiyyətlərindən sui-istifadədə
ittiham edir. Vladimir Xundadzeyə ittiham vəzifə səlahiyyətlərindən
sui-istifadə faktı üzrə qiyabi qaydada irəli sürülüb.
Qurumun məlumatına görə, Vladimir Xundadzeni Boris Qoqiçaşvili ilə
şəxsi tanışlıq əlaqələri bağlayırdı. Boris Qoqiçaşvili isə əlbir
olduğu şəxslərlə birlikdə Gori şəhərində xarici brendlərin əmtəə
nişanlarından istifadə etməklə spirtli içkilərin – viski və arağın
qanunsuz istehsalı və saxlanılması ilə məşğul olub.
Onun qardaşı Koba Xundadzeyə gəldikdə isə, “Gürcüstan Dəmir
Yolları”nın keçmiş əməkdaşı, Liluaşvilinin kirvəsinin qardaşı və
biznesmen olan Koba Xundadze ötən il oktyabrın 22-də saxlanılıb.
Məhz onun evindən 94 zərfə bölünmüş 1 319 300 ABŞ dolları aşkar
edilərək götürülüb.
İstintaq Koba Xundadzeyə xüsusilə külli miqdarda qanunsuz
gəlirlərin leqallaşdırılması ittihamını irəli sürüb. Bu cinayət
əməli üzrə nəzərdə tutulan cəza 9 ildən 12 ilədək azadlıqdan
məhrumetmədir.
Ötən il dekabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş
rəhbəri Qriqol Liluaşvili də saxlanılıb. Ona Gürcüstan Cinayət
Məcəlləsinin 338-ci maddəsinin 2-ci hissəsinin “g” bəndi və 3-cü
hissəsinin “e” bəndi ilə – qabaqcadan əlbir olan qrup tərəfindən
xüsusilə külli miqdarda rüşvət alma faktı üzrə ittiham irəli
sürülüb. Bu maddələr 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutur.
Qətimkan tədbiri qismində həbs Qriqol Liluaşvili barəsində dekabrın
24-də seçilib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.