İranın xarici işlər naziri Abbas Əraqçi bu həftə İsveçrənin Davos
şəhərində illik toplantıya qatılmayacaq.
Məlumatı Dünya İqtisadi Forumu yayıb.
Forumun açıqlamasında deyilir ki, Əraqçi ötən ilin payızda bu
toplantıya dəvət olunub, amma "son həftələr İranda mülki şəxslərin
faciəvi ölümü o deməkdir ki, İran hökumətinin bu il Davosda təmsil
olunması düzgün olmaz".
Əraqçi Davos sammitinə dəvət
olunub
İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 19-da Davosda
başlayan illik Dünya İqtisadi Forumuna dəvət olunub. Bu, kəskin
tənqidə səbəb olub.
Yanvarın 19-da İranın keçmiş şahzadəsi, müxalifət lideri Rza
Pəhləvinin mətbuat xidməti Əraqçini "son iki həftədə 16 mindən çox
insanı öldürən rejimin səsi" adlandırıb. Pəhləvinin ofisi
vurğulayıb ki, Əraqçi "İranı təmsil etmir" və Davosda ona platforma
verilməməlidir.
Tanınmış respublikaçı senator Lindsi Qrem də X sosial şəbəkəsində
Əraqçinin Davos sammitinə dəvət olunmasını sərt tənqid edib. Qrem
bunu "Büllur gecə"dən (1938-ci ildə yəhudilərə qarşı genişmiqyaslı
talanlar) sonra Hitlerin qlobal tədbirə dəvət olunmasına bənzədib.
O, toplantı təşkilatçılarına müraciətlə bu addımın İrandakı
etirazçılara "ən pis mesaj" verdiyini, "Avropa elitasının mənəvi
böhranının açıq göstəricisi" olduğunu bildirib.
Beynəlxalq insan hüquqları vəkili, "UN Watch"un icraçı direktoru
Hillel Noyer də xəbərdarlıq edib ki, Əraqçi İsveçrəyə gələrsə,
ölkənin prokurorluğunda onun barəsində cinayət iddiası
qaldırılacaq. Noyerin sözlərinə görə, etirazçılara qarşı
zorakılıqda Əraqçinin İslam Respublikasının Ali Milli Təhlükəsizlik
Şurasının üzvü kimi rolu var, bu isə insanlığa qarşı cinayət sayıla
bilər və beynəlxalq toxunulmazlıq çərçivəsini aşır.
Dünya İqtisadi Forumu yanvarın 19-dan 23-dək davam edir. Forum
rəsmiləri Əraqçinin dəvət olunmasına etirazlara hələlik cavab
verməyiblər.
Münhen Təhlükəsizlik Konfransı İran etirazlarının qanlı şəkildə
dağıdılmasına görə İran rəsmilərinin dəvətini ləğv edib.
ABŞ-dəki HRANA insan haqları qrupu 3 min 685 etirazçının ölümünü
təsdiqləyib. 8 min 949 ölüm halı araşdırılır. 24 mindən çox insan
həbs olunub.
'Irancell'in rəhbəri interneti kəsmədiyi üçün vəzifədən
azad edilib
İranda ən böyük telekommunikasiya şirkətlərindən biri olan
"Irancell"in rəhbəri işdən çıxarılıb. Səbəb kimi onun kütləvi
etirazlar zamanı ölkə üzrə internetin kəsilməsi haqda hökumətin
qərarına əməl etməməsi göstərilir. Xəbəri "Fars" xəbər agentliyi
yayıb.
Şirkət rəhbəri Əlirza Rəfieyin vəzifədən azad olunması yanvarın
10-da şənbə günü etirazlar zamanı operatorun hərəkətləri ilə
bağlıdır, - məlumatda deyilir.
"Irancell" 2005-ci ildə qurulub, 70 milyon abunəçisi var.
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın olan "Fars" bir
rəsmidən sitat gətirib: "Əlirza Rəfiey üçün yeni təyinat hüquqi
qaydada həllini tapacaq".
İran ABŞ-nin mümkün zərbəsi ilə bağlı xəbərdarlıq
edib
İran prezidenti xəbərdarlıq edir ki, ABŞ-nin zərbəsi Tehranın
"sərt" cavabına səbəb olar. İran rəsmisi isə etirazlarda azı 5 min
nəfərin öldürüldüyünü, onlardan təxminən 500-nün təhlükəsizlik
əməkdaşı olduğunu deyib.
İranda etirazlar ötən ay Tehrandakı Böyük Bazarda başlayıb.
İqtisadi çətinliklərdən narazılıq sonradan dini rejimin sonunu
tələb edən çağırışlara çevrilib.
ABŞ prezidenti Donald Tramp dəfələrlə deyib ki, etirazçılar
öldürülər, edam edilərsə, Vaşinqton müdaxilə edə bilər. O,
"Politico"ya müsahibəsində deyib: "İranda yeni
rəhbərlik axtarmağın vaxtı çatıb".
İran isə bazar günü iğtişaşlarda saxlananların edam oluna
biləcəyini bildirib.
Prezidenti Məsud Pezeşkian X platformasında yazıb ki,
"Tehranın istənilən ədalətsiz təcavüzə reaksiyası sərt
olacaq, peşmançılıq gətirəcək". O əlavə edib ki, ölkənin
ali dini liderinə istənilən hücum "ölkəyə qarşı hərtərəfli
müharibəyə bərabərdir".
ABŞ-də yerləşən HRANA insan haqları qrupunun yanvarın 17-də
bildirdiyinə görə, etirazlarda ölü sayı 3 min 308 nəfərdir, daha 4
min 382 iş nəzərdən keçirilir. Qurum azı 24 min nəfərin həbs
olunduğunu təsdiqləyib.
"Reuters"ə danışan İran rəsmisi isə ölü sayının kəskin arta
biləcəyini deyib. O əlavə edib ki, İsrail və xaricdəki silahlı
qruplar küçələrə çıxanları dəstəkləyib, onları təchiz edib.
Tramp yanvarın 16-da sosial media postunda Tehran liderlərinə 800
edamı təxirə saldığı üçün təşəkkür edib. Amma həftəsonu İran
ədliyyəsi edamların davam edə biləcəyini bildirib.
Şənbə günü internetin qismən bərpa olunduğu deyilsə də, "NetBlocks"
məhdudiyyətlərin sonradan qaytarıldığını bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.