Marneuli bələdiyyəsində iki gündür davamlı olaraq qar yağır.
Güclü qar yağması Marneulinin dağlıq kəndlərində yaşayan əhali üçün
problemlər yaradıb.
Xocorni kənd sakini “Marneuli” radiosuna bildirib ki, bütün
maşınlar yollarda hərəkət edə bilmir.
“Bütün maşınlar hərəkət edə bilmir. Qar hələ də
yağır”, – kimliyinin açıqlanmasını istəməyən Xocorni
sakini qeyd edib.
O, bildirib ki, bu gün, 19
yanvar saat 12:00-da yolların
təmizlənməsinə cavabdeh olan şirkətlə əlaqə saxlayıb. Onun
sözlərinə görə, Xocornidə yol hələ də təmizlənməyib və günün sonuna
qədər təmizlənəcəyinə ümid edir.
Marneuli bələdiyyəsində güclü qar yağması zamanı yolların
təmizlənməsinə “Ktsia” MMC cavabdehdir. Şirkət Marneuli
Bələdiyyəsinin elan etdiyi tenderi qazanıb və 2025-ci ilə qədər
yolların xidməti və təmiri üçün özünüidarədən 32 400 lari alıb.
“Ktsia” MMC-nin nümayəndəsi Teymuraz Qoqriçiani “Marneuli”
radiosuna bildirib ki, şirkət qar yağmağa başlayan kimi yolların
təmizlənməsinə başlayıb. Onun sözlərinə görə, hazırda əsasən
Şaumyan, Sioni, Xoxmeli, Opreti, Tsopi və digər yüksək dağlıq
kəndlərdə yollar təmizlənir.
Qoqriçianinin sözlərinə görə, yollara texniki duz səpilməsi də
planlaşdırılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.