Kavelaşvili 159 məhkumu əfv edib
“Gürcü Arzusu”nun prezidenti Mixeil Kavelaşvili Epifaniya bayramı (Xaç suyuna salınma günü) münasibətilə 159 məhkum olunmuş şəxsi əfv edib.

Əfv olunan şəxslərin siyahısı dərc olunmur, buna görə də Kavelaşvilinin konkret kimi əfv etdiyi məlum deyil.

“Gürcüstan Prezidentinin ona Konstitusiya ilə verilmiş eksklüziv səlahiyyətin tətbiqi humanizm prinsipinə və dövlət maraqlarına əsaslanır”, - Kavelaşvilinin Administrasiyasının bəyanatında deyilir.

Müqayisə üçün,
ötən il Epifaniya bayramı ilə əlaqədar Mixeil Kavelaşvili 613 məhkum edilmiş şəxsi əfv etmişdi.

Bu gün səhər saatlarından etibarən Rustavi və Qldani həbsxanaları önündə jurnalistlər və siyasi məhbusların ailə üzvləri toplaşıb. Onlar vicdan məhbuslarının mümkün azadlığa buraxılmasını gözləyirlər. Lakin “Gürcü Arzusu”nun üzvləri və onunla əlaqəli deputatlar bildirirlər ki, prezident yalnız törətdiyi cinayəti etiraf edən və peşmanlıq göstərən şəxsləri əfv etməlidir.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google