Qadınlar üçün penitensiar müəssisəyə “Batumelebi” və “Netqazeti”nin
təsisçisi Mzia Amağlobeli ilə görüşmək üçün onun qardaşı,
Malxaz Amağlobeli daxil olub. Məlumatı Netqazeti yayıb.
Mzia Amağlobelinin qardaşı dünən səhər qadınlar üçün penitensiar
müəssisəsinə gedib və bu vaxta qədər də orada qalır.
Məlumat üçün bildirək ki, Epifaniya (Xaç suyuna salınma) bayramı
münasibətilə Mixeil Kavelaşvili 159 nəfəri əfv
edib. Ehtimal var
idi ki, əfv aksiyalar zamanı saxlanılan şəxslərə də şamil oluna
bilərdi. Buna görə həm Rustavidə, həm də Qldanidəki həbsxanaların
qarşısına məhkumların ailə üzvləri, dostları və yaxınları
toplaşmışdı. Lakin bu vaxta qədər Mixeil Kavelaşvili tərəfindən əfv
olunan şəxslərin kimliyi açıqlanmayıb.
Xatırladaq ki, “Batumelebi” və “Netqazeti”nin təsisçisi Mzia
Amağlobeli 2025-ci il yanvarın 11-də həbs olunmuşdu. Ona 6 avqustda
2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Konkret
olaraq, ona Cinayət Məcəlləsinin 353-cü maddəsinin birinci hissəsi
ilə ittiham irəli sürülüb. Bu maddə ictimai asayişin mühafizəçisinə
və ya digər hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməyi,
hədələməyi və ya zorakılığı nəzərdə tutur. Bu əməllər üçün cərimə,
2 ilədək ev dustaqlığı və 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə
cəzası nəzərdə tutulur.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.