2025-ci ildə Gürcüstanın qeyri-deklarasiya olunmuş ticarət istisna
olmaqla, xarici ticarət dövriyyəsi 25,820 mlrd. ABŞ dolları təşkil
edib
ki, bu da əvvəlki illə müqayisədə 10,1% çoxdur. Bu məlumatı Milli
Statistika Xidməti yayıb.
Qurumun verdiyi məlumata görə, bu məbləğin 7,291 mlrd. ABŞ dolları
ixracın (11,2% artım), 18,529 mlrd. ABŞ dolları isə idxalın payına
düşür (9,7% artım). 2025-ci ildə
Gürcüstanın mənfi ticarət saldosu
11,238 mlrd. ABŞ dolları olub ki, bu da ümumi xarici ticarət
dövriyyəsinin 43,5%-ni təşkil edir.
“2025-ci ildə ilk on ən iri ixrac tərəfdaş ölkəsinin payı
Gürcüstanın ümumi ixracının 78,3%-ni təşkil edib. Ən böyük üç ixrac
tərəfdaşı belə formalaşıb:
- Qırğızıstan – 1,498 mlrd. ABŞ dolları;
- Qazaxıstan – 910 mln. ABŞ dolları;
- Rusiya – 749,3 mln. ABŞ dolları.
2025-ci ildə ilk on ən iri idxal tərəfdaş ölkəsinin payı
Gürcüstanın ümumi idxalının 70,5%-ni təşkil edib. İlk üçlükdə isə
bunlar yer alır:
- Türkiyə – 2,775 mlrd. ABŞ dolları;
- ABŞ – 2,723 mlrd. ABŞ dolları;
- Çin – 1,985 mlrd. ABŞ dolları.
2025-ci ildə ilk on əsas ticarət tərəfdaşının payı Gürcüstanın
ümumi xarici ticarət dövriyyəsinin 67,8%-ni təşkil edib. Ölkənin ən
böyük ticarət tərəfdaşları bunlardır:
- Türkiyə – 3,107 mlrd. ABŞ dolları;
- ABŞ – 2,843 mlrd. ABŞ dolları;
- Rusiya – 2,688 mlrd. ABŞ dolları.
2025-ci ildə mal qrupları üzrə ixracda ilk yeri 2,814 mlrd. ABŞ
dolları ilə yüngül avtomobillər tutub ki, bu da ümumi ixracın
38,6%-nə bərabərdir. İkinci yerdə 378,9 mln. ABŞ dolları dəyərində
qiymətli metalların filizləri və konsentratları (ümumi ixracın
5,2%-i), üçüncü yerdə isə 282,5 mln. ABŞ dolları ilə spirtli
içkilər (3,9%) qərarlaşıb.
2025-ci ildə ən böyük idxal mal qrupu da yüngül avtomobillər olub –
idxal həcmi 3,870 mlrd. ABŞ dolları təşkil edib və bu, ümumi
idxalın 20,9%-idir. İkinci yerdə 1,358 mlrd. ABŞ dolları ilə neft
və neft məhsulları (idxalın 7,3%-i), üçüncü yerdə isə 680,3 mln.
ABŞ dolları dəyərində qablaşdırılmış dərman vasitələri (idxalın
3,7%-i) dayanır,” – deyə Milli Statistika Xidmətinin məlumatında
bildirir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.