2025-ci il dekabrın 17-dək dövlət qrantı əldə etmiş tələbələr bu imtiyazdan 2031-ci ilədək faydalana biləcəklər
Dövlət tərəfindən universitet təhsilinin ödənişinin maliyyələşdirilməsini 2025-ci il dekabrın 17-dək əldə etmiş tələbələr təhsillərini başa vurana qədər bu dəstəyi saxlaya biləcəklər. Hakim “Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidzenin imzaladığı qərarda bildirilir ki, həmin tələbələr üçün dövlət maliyyələşdirməsi 2030–2031-ci illərə qədər qüvvədə olacaq.

“Birinci maddədə nəzərdə tutulmuş şəxslər üçün 2030–2031-ci tədris ilinə qədər dövlətin təhsil maliyyələşdirməsini təmin etmək
məqsədilə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi, Nazirliyin idarəetmə sferasında fəaliyyət göstərən ictimai hüquqi şəxslər və ali təhsil müəssisələri 2025-ci il dekabrın 17-dək qüvvədə olmuş ‘Ali təhsil haqqında’ Gürcüstan qanununun müvafiq normalarına və həmin normalar əsasında qəbul edilmiş hüquqi aktlara uyğun tədbirlər görməlidir”
– deyə sənəddə yazılır.

Xatırladaq ki, dekabrın 10-da “Gürcü Arzusu”nun nəzarətində olan parlament “Ali təhsil haqqında” qanuna dəyişiklikləri üçüncü oxunuşda təsdiqlədi.

Qanun layihəsinin izahat bülletenində qeyd olunur ki, “mövcud təqaüd–səviyyə sistemi islahat tələb edir, çünki bu sistem müxtəlif fakültələrin fərqli maliyyə ehtiyaclarını lazımi səviyyədə əks etdirmir və ali təhsil sahəsində dövlətin prioritet tapşırıqlarının yerinə yetirilməsinə tam yönəlmiş deyil”.

Buna uyğun olaraq, 2026-cı ildən sonrakı tədris ilindən etibarən tələbələr dövlət universitetlərində pulsuz təhsil ala biləcəklər, lakin özəl universitetlərdə dövlət maliyyələşdirməsi əldə etmək mümkün olmayacaq.

“Azadlıq Meydanı” partiyasının liderlərindən biri və Milli Tədris Planları və Qiymətləndirmə Mərkəzinin sabiq direktoru Simon Canaşianın izahına görə, bu dəyişikliklə Gürcüstanda mövcud 63 universitetdən yalnız 19-da tələbələr dövlət maliyyəsi ala biləcək.

Hakimiyyətin təhsil naziri Qivi Mikanadzenin fikrincə, bu dəyişiklik innovativdir, çünki “imtahanı uğurla verənlər üçün təhsil faktiki olaraq pulsuz olur”.

Mənbə: news.on.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google