Ötən il Gürcüstana Rusiyadan gələn ziyarətçilərin sayı 11,1% artıb.
Bu barədə Milli Turizm Administrasiyasının yaydığı məlumatlarda
qeyd olunur.
Statistikaya əsasən, 2025-ci ildə Gürcüstana Rusiyadan 1 milyon 579
min 664 ziyarətçi gəlib. Bu göstərici əvvəlki illə müqayisədə 157
min 841 nəfər çoxdur. Daha dəqiq desək, 2024-cü ildə Gürcüstanda 1
milyon 421 min 923 rusiyalı ziyarətçi qeydə
alınmışdı.
Ümumi statistikaya baxdıqda isə məlum olur ki, ötən il Gürcüstana
gələn hər beşinci ziyarətçi, yəni təxminən 4,9 nəfərdən biri
Rusiyadan olub.
Ümumi mənzərəyə gəlincə, Milli Turizm Administrasiyasının
məlumatına görə, 2025-ci ildə Gürcüstana ümumilikdə 7 milyon 803
min 239 beynəlxalq səfər qeydə alınıb. Bu da 2024-cü illə
müqayisədə 5,9% artım deməkdir.
Bununla yanaşı, administrasiyanın açıqlamasında bildirilir ki,
2025-ci ildə Avropa İttifaqı ölkələri və Böyük Britaniyadan
Gürcüstana səfərlərin sayı rekord həddə çatıb və 499 min 890
ziyarətçi təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 14%
çoxdur.
Turist səfərlərinə gəlincə isə, Milli Turizm Administrasiyasının
məlumatına əsasən, 2025-ci ildə tarixi maksimum qeydə alınıb –
turist səfərlərinin sayı 5 milyon 521 min 866-ya çatıb. Bu da
2024-cü illə müqayisədə 8,4% artım deməkdir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.