2025-ci ildə milyarderlərin ümumi sərvəti 18,3 trilyon dolları ötüb – Oxfam
Dünyada milyarderlərin sayı ilk dəfə 3 000 nəfəri keçib. Bu barədə xeyriyyə təşkilatı Oxfam-ın açıqladığı son hesabatda bildirilir.

Hesabata əsasən, milyarderlərin sərvəti hazırda bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb. Belə ki, 2025-ci ildə onların ümumi var-dövləti 2,5 trilyon dollar artaraq 18,3 trilyon dollara yüksəlib. Bu rəqəm bəşəriyyətin ən yoxsul yarısının – təxminən 4,1 milyard insanın
ümumi sərvətinə bərabərdir.

Qeyd olunur ki, amerikalı milyarderlər sərvətlərində ən kəskin artımı qeydə alsalar da, dünyanın digər bölgələrində də milyarderlər sürətlə zənginləşməyə davam ediblər.

Hesabatda bir sıra nümunələr də yer alıb. Onlar arasında Amazon-un sahibi Ceff Bezosun The Washington Post qəzetini alması, İlon Maskın Twitter/X platformasını əldə etməsi, Patrik Sun-Şionqun Los Angeles Times-ı satın alması və ifrat sağçı milyarder Vinsent Bollorenin Fransanın CNews telekanalına sahib olması göstərilir.

“Oxfam International”-ın icraçı direktoru Amitab Behar bildirib ki, “superzənginlərin siyasətə, iqtisadiyyata və mediaya göstərdiyi nəhəng təsir bərabərsizliyi daha da dərinləşdirib və bizi yoxsulluqla mübarizədən xeyli uzaqlaşdırıb”.

Oxfam-ın artan qlobal bərabərsizliyə həsr olunmuş illik hesabatı İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun açılışı ərəfəsində dərc olunub. Forum hər il dünyanın təxminən 1 000 ən varlı insanını, siyasi liderləri və bir sıra fəalları bir araya gətirir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google