Milli İmtahan Mərkəzinə yeni rəhbər təyin olunub
“Gürcü Arzusu”nun təhsil naziri Qivi Mikanadze bu gün, 20 yanvar tarixində Milli İmtahan Mərkəzinin yeni rəhbəri kimi Tamar Memanişvilini təqdim edib.

Nazirliyin məlumatına görə, Tamar Memanişvili dövlət sektorunda müxtəlif vəzifələrdə çalışıb. O, Təhsil, Elm və Gənclər Nazirliyində administrasiya rəhbəri, Gürcüstan Parlamentinin İnsan Resursları və İnstitusional İnkişaf Departamentinin Analiz və İnstitusional İnkişaf Şöbəsinin müdiri, həmçinin Daxili İşlər Nazirliyinin
Akademiyasında İnsan Resurslarının İdarəedilməsi Şöbəsinin rəhbəri vəzifələrində fəaliyyət göstərib.

Tamar Memanişvilinin təyin olunmasından əvvəl mərkəzə Nino Tsereteli rəhbərlik edirdi. O, 2025-ci ilin noyabrında vəzifədən azad edilmişdi.

Bundan əvvəl isə, “reorganizasiya” adı altında Milli İmtahan Mərkəzindən 40-a yaxın əməkdaş işdən çıxarılmışdı. Həmin şəxslər işdən azad edilmələrinin səbəbi kimi Avropa yönümlü etiraz aksiyalarında iştiraklarını göstərirdilər. Onların əksəriyyətinin mərkəzdə 20 illik iş təcrübəsi var idi və onlar peşəkar əməkdaşlar hesab olunurdular.

Mənbə: batumelebi.netgazeti.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google