Gürcüstanın Xalq Müdafiəçisi (Ombudsman) Gürcüstan Konstitusiya
Məhkəməsinə konstitusiya şikayəti ilə müraciət edib.
Şikayətdə “Toplantılar və nümayişlər haqqında” Gürcüstan Qanunu ilə
toplantı və ya nümayiş iştirakçıları üçün müəyyən olunmuş bir sıra
qadağaların, o cümlədən üzün maska və ya hər hansı digər vasitə ilə
örtülməsinin blanket (ümumi və istisnasız) şəkildə qadağan
edilməsinin konstitusiya baxımından mübahisələndirildiyi
bildirilir. Məlumatı Xalq Müdafiəçisinin
Aparatı yayıb.
Aparatın verdiyi izahda qeyd olunur ki, toplantı və nümayişlərin
keçirilməsi qaydaları ilə bağlı məzmun xarakterli qadağalarla
yanaşı, konstitusiya şikayəti çərçivəsində Gürcüstan İnzibati
Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyət məsələləri də
mübahisələndirilir. Buraya həm alternativsiz həbs tədbiri, həm də
qanunda müəyyən edilmiş cərimənin məbləği daxildir.
“Bundan əlavə, konstitusiya şikayətində Gürcüstan
Cinayət Məcəlləsi ilə müəyyən edilən cinayət məsuliyyəti də
mübahisə predmetidir. Bu məsuliyyət inzibati cəza almış şəxsin eyni
hərəkəti təkrar törətməsi halında toplantı və ya nümayiş
iştirakçısına, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərə və
təşkilatçıya azadlıqdan məhrumetmə tədbirinin tətbiq edilməsini
nəzərdə tutur,” — bəyanatda qeyd olunur.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.