Tbilisidə iriqabaritli nəqliyyat vasitələrinin pik saatlarda hərəkətinə görə yazılan cərimələr 158% artıb

2025-ci ildə Tbilisidə iriqabaritli nəqliyyat vasitələrinin pik saatlarda hərəkətinə görə tətbiq edilən cərimələrin həcmi əvvəlki illə müqayisədə 158% artıb.



Xüsusilə, Maliyyə Nazirliyinin Gürcüstanın birləşmiş büdcə gəlirlərinə dair məlumatına görə, ötən il qeyd olunan qanun pozuntusuna görə büdcəyə 2 972 751 lari daxil olub. Ötən ilin müvafiq dövründə bu rəqəm 1 153 574 lari təşkil edirdi.

Maliyyə Nazirliyinin məlumatına əsasən, 2.972 milyon larilik cərimənin aylara görə bölgüsü belədir:

  • Yanvar: 158 420 lari; Fevral: 204 902 lari; Mart: 307 710 lari;
  • Aprel: 321 464 lari; May: 236 609 lari; İyun: 302 043 lari;
  • İyul: 273 406 lari; Avqust: 204 436 lari; Sentyabr: 259 646 lari;
  • Oktyabr: 275 035 lari; Noyabr: 212 015 lari; Dekabr: 217 002 lari.

Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən paytaxtın konkret ərazilərində müəyyən zaman kəsiyində böyük ölçülü maşınların, xüsusən N1, N2 və N3 kateqoriyalı nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Məhdudiyyət səhər 08:00-11:00 və axşam 17:00-20:00 saatları arasında qüvvədədir.

Qadağa aşağıdakı nəqliyyat vasitələrinə şamil edilmir:
  • İctimai nəqliyyat;
  • Qəza-xilasetmə, təcili yardım, yanğınsöndürmə və evakuasiya nəqliyyatı;
  • Bələdiyyə və ya dövlət infrastruktur layihələrinin icrası üçün lazım olan nəqliyyat;
  • Tələbə və şagirdlərin daşınması üçün nəzərdə tutulan nəqliyyat;
  • Turizm fəaliyyəti üçün lazım olan nəqliyyat;
  • Operativ-axtarış fəaliyyəti həyata keçirən şəxslər;
  • Betondaşıyan maşınlar və neft məhsulları daşıyan nəqliyyat vasitələri.

Məhdudiyyət şənbə-bazar günlərinə, bayram (qeyri-iş) günlərinə və avqust ayına şamil olunmur.

Cərimə məbləği: Qaydanı pozan şəxslər 1000 lari məbləğində cərimələnir, xəta təkrar törədildikdə isə cərimə 3000 lari təşkil edir.

Məhdudiyyət tətbiq edilən əsas ünvanlar: Ketevan Dedopali prospekti, Moskva prospekti, Nikoloz Barataşvili körpüsü və Ədliyyə Evi ərazisi, Ağmaşenebeli prospekti, Tsereteli prospekti, Vake-Saburtalo mərkəzi küçələri, Marşal Qelovani prospekti, Ağmaşenebeli xiyabanı, "Saracişvili" metrosu ətrafı və s.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google