ABŞ prezidenti Donald Tramp Davosda çıxışından bir neçə saat sonra
Qrenlandiya siyasətinə qarşı çıxan Avropa ölkələrinə tarif tətbiqi
planından geri çəkilib.
"Birləşmiş Ştatların Qrenlandiyanı əldə etməsinin
müzakirəsi üçün dərhal danışıqlar istəyirəm", – Tramp
deyib.
Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen ölkəsinin
danışıqlara hazır olduğunu bildirib.
Tramp Davosda çıxış edərkən Avropa Parlamenti elan edib ki,
iyulda
razılaşdırılmış ABŞ-Aİ ticarət sazişinin təsdiqlənməsi üzrə işi
dondurur.
Tramp isə Davos çıxışından saatlar sonra onlayn bəyanatında
bildirib ki, NATO-nun baş katibi Mark Rutte ilə razılaşmasına
əsasən, tariflər tətbiq olunmayacaq.
+++
ABŞ prezidenti Donald Tramp yanvarın 21-də Davosda Dünya İqtisadi
Forumunda çıxışında Qrenlandiyaya nəzarət üçün güc tətbiqini
istisna edib. Amma onu da deyib ki, Danimarkanın bu ərazisini
ABŞ-dən başqa heç bir ölkə təminat altına ala bilməyəcək.
"İnsanlar düşünürdülər ki, mən güc tətbiq edəcəyəm,
amma buna ehtiyac yoxdur. Güc tətbiq etmək istəmirəm. Güc tətbiq
etməyəcəyəm", – Tramp deyib.
ABŞ prezidenti Avropadakı müttəfiqləri müxtəlif sahələrdə siyasət
səhvlərinə görə tənqid edib. O, Danimarkanı "nankor" adlandırıb,
Vaşinqtonun Qrenlandiyanın əldə etməsinin NATO alyansına heç bir
təhdid yaratmayacağını deyib.
"ABŞ-dən savayı heç bir ölkə və ya ölkələr qrupu
Qrenlandiyanın təhlükəsizliyini təmin edə biləcək mövqedə
deyil", – Tramp bildirib.
NATO liderləri Trampın Qrenlandiya strategiyasının alyansı sarsıda
biləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Danimarka və Qrenlandiya
liderləri isə 57 min nəfər əhalisi olan bu strateji adada ABŞ-nin
iştirakının artırılması üçün müxtəlif variantlar təklif
ediblər.
"Dünyanı qorumaq üçün bir parça buz istəyirik, amma
onlar bunu vermirlər", – Tramp çıxışında deyib.
20 yanvar
Tramp: 'Danimarkalılar Qrenlandiyanı qoruya bilmirlər'
Prezident Donald Tramp deyir ki, Birləşmiş Ştatlar bu həftə Davosda
Dünya İqtisadi Forumunda Qrenlandiyanı əldə etməkdən danışacaq,
çünki Danimarka bu ərazini qoruya bilmir.
"Biz bunu əldə etməliyik. Onlar bunu etməlidirlər. Onlar bunu
qoruya bilmirlər, danimarkalılar gözəl xalqdır. Bu liderləri
tanıyıram, yaxşı adamlardır, amma heç ora getmirlər", – Tramp
yanvarın 19-da Floridada jurnalistlərə deyib.
Tramp Qrenlandiyaya nəzarətlə bağlı cəhdlərini Nobel Sülh
Mükafatını qazana bilməməsi ilə əlaqələndirib. O deyib ki, artıq
yalnız sülh haqqında düşünmür.
Bu arada ada ətrafında gərginlik Avropa ilə ticarət müharibəsi
təhlükəsi yaradıb.
Tramp "NBC News"a müsahibəsində Qrenlandiyanı ələ keçirmək üçün
gücə əl atıb-atmayacağı haqda suala birbaşa cavab verməyib. Amma
razılaşma əldə olunmazsa, bir daha Avropa ölkələrini rüsumlarla
hədələyib.
Tramp yanvarın 18-də Norveçin baş naziri Yonas Qar Störeyə
mesajında yazıb:
"Səkkiz müharibəni DAYANDIRMAĞIMA
baxmayaraq, ölkənizin mənə Nobel Sülh Mükafatını verməmək qərarını
nəzərə alaraq, artıq yalnız sülh haqqında düşünmək öhdəliyi hiss
etmirəm. Sülh hər zaman əsas olacaq, amma indi Amerika Birləşmiş
Ştatları üçün yaxşı və düzgün olan məsələlər barədə düşünə
bilərəm".
Störe Finlandiya prezidenti Aleksandr Stabb ilə ilkin mesaj
göndərib, gərginliyin azaldılmasına çağırıbmış. Yarımca saatdan
sonra Trampdan cavab gəlib.
Ötən il Norveçin Nobel Komitəsi 2025-ci il üçün Nobel Sülh
Mükafatını Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya
verib. O isə ötən həftə həmin mükafatı Ağ evdə Trampa təqdim
edib.
Tramp yanvarın 17-də Aİ-nin bəzi üzvlərini fevralından 1-dən
tarifləri artırmaqla hədələyib. O, ABŞ-nin 57 min nəfərli əhalisi
olan Qrenlandiyanı almaq istədiyini bildirir. Danimarka və
Qrenlandiya isə adanın satışa çıxarılmadığını bildirirlər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.