Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kot-d'İvuarda yerləşən
"Baleine" neft-qaz yatağının işlənməsi layihəsində
10 faiz iştirak payının alınması ilə bağlı "Eni S.p.A." şirkəti ilə
saziş imzalayıb.
Bu barədə qurum özü məlumat yayıb.
Sənədi Dünya İqtisadi Forumunun 2026-cı il illik toplantısı
çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəf və "Eni S.p.A."
şirkətinin baş icraçı direktoru Klaudio Deskaltsi imzalayıb.
Məlumatda
bildirilir ki, "Baleine" Qərbi Afrikada son illərdə aşkar
edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə
yerləşən bu neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü
ildə hasilatına başlanılıb.
Azərbaycanda isə "qara qızıl" azalır
Azərbaycanın özündə isə neft hasilatı azalıb, qaz çoxalıb. 2025-ci
ildə Azərbaycanda 27.7 milyon ton neft (- 4.8 faiz), 51.5 milyard
kubmetr təbii qaz (+ 2.4 faiz) hasil edilib.
SOCAR-ın borc öhdəlikləri ilə bağlı son rəqəmlər dəqiq
açıqlanmayıb. Amma bu milyard manatlarla ölçülür. Şirkətin
işçilərinin sayında ümumən azalma var. 2025-ci il yanvarın 1-də
SOCAR üzrə işçilərin faktiki sayı 48 min 69 nəfər təşkil edib.
Ondan əvvəlki 10 il ilə müqayisədə şirkətdə 6 min 645 ştat
azalıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.