ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff yanvarın 22-də Davosda Dünya
İqtisadi Forumunda Ukrayna sülh təşəbbüsləri haqda optimist
danışıb.
O, səhər yeməyində deyib ki, "artıq sona çatmışıq. Əslində,
nikbinəm".
Bu arada danışıqlar bir daha sürət yığmağa başlayıb. ABŞ prezidenti
Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski Davosda
görüşməlidirlər. Uitkoff isə günün sonuna yaxın Moskvaya yola
düşür.
"Bunu artıq bir məsələyə endirmişik, bu məsələni
müzakirə etdik, deməli, həll edilə bilər. Beləliklə, hər iki tərəf
bunu həll etmək istəyirsə, bunu həll edəcəyik", –
Uitkoff bildirib.
O, konkret hansı məsələnin çətinlik yaratdığını deməyib. Amma bir
gün öncə prezident Tramp sülh danışıqlarının çətinliklərini dilə
gətirmişdi.
"İndi proses belə gedir, çox vaxt Rusiya ilə bir
razılaşma əldə edirik, Rusiya hazırdır, amma prezident Zelenski
bunu etmir. O, Oval Ofisdə olanda gördünüz, məmnun deyildim. Sonra
prezident Zelenski razılaşmaq istəyir, amma Putin
istəmir", – Tramp deyib.
19 yanvar
ABŞ-Ukrayna danışıqları razılaşmasız bitib
Kiyev ABŞ rəsmiləri ilə son danışıqlarda heç bir razılaşma əldə
etməyib, müzakirələr yanvarın 19-da İsveçrənin Davos şəhərində
Dünya İqtisadi Forumu çərçivəsində davam etdiriləcək. Tərəflər
Rusiyanın Ukraynada qarşı dörd ilə yaxındır apardığı müharibəni
sona çatdırılması üçün müzakirələr aparırlar.
Floridada iki günlük danışıqlarda Ukraynanı təmsil edən Rustem
Umerov yanvarın 18-də sosial mediada yazıb ki, "ədalətli və davamlı
sülh əldə etmək, Ukraynanın təhlükəsizlik təminatlarını və növbəti
addımları razılaşdırmaq üçün işi davam etdirəcəyik".
Umerov Ukraynanın əsas tələblərindən birinin ABŞ və Avropadan
təhlükəsizlik təminatları olduğunu vurğulayıb.
Umerov danışıqları "məzmunlu" adlandırıb, iqtisadi inkişaf və rifah
planının müzakirə edildiyini bildirib. ABŞ-ni danışıqlarda
prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezident Donald
Trampın kürəkəni Cared Kuşner təmsil edir.
Tramp 2025-ci ilin noyabrında Ukrayna prezidenti Volodimir
Zelenskiyə çoxlarının Rusiyanın xeyrinə saydığı 28 maddəlik sülh
təklifini qəbul etməsi üçün təzyiq göstərib. Ukrayna isə Avropa
tərəfdaşları – Böyük Britaniya, Fransa və Almaniya ilə alternativ
plan hazırlamağa çalışıb. Onların təklif etdiyi 20 maddəlik planda
Ukrayna üçün təhlükəsizlik təminatları, ərazi bütövlüyü nəzərə
alınıb.
Tramp bugünlərdə Zelenskinin sülh müqaviləsini Rusiya prezidenti
Vladimir Putindən daha çox əngəllədiyini iddia edib. Zelenski isə
bu ittihamı rədd edib.
"Aydındır ki, ABŞ müharibəni sabah bitirmək istəyir.
Biz isə bu müharibəni bu gün bitirmək istəyirik. Hər ikimiz buna
maraq göstəririk. Və başa düşürük ki, müharibənin sona çatmamasının
səbəbi Rusiyadır", - o deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.