Həbsdə olan Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili bu
gün, 22 yanvar tarixində, üç ildən sonra ilk dəfə onun əleyhinə
Tbilisi Şəhər Məhkəməsində davam edən məhkəmə iclasına qatılıb.
Bu vaxta qədər o, sağlamlıq vəziyyəti səbəbindən iclaslarda onlayn
iştirak edirdi.
“Ümidsizlik, ümidsizlik var, amma mən gəldim ki, sizə
deyim – ümid var və azadlıq, xoşbəxtlik bir əlinizlə çata
biləcəyiniz yerdədir. Rejim yalnız sivil dünya və qonşularımızdan
deyil, hətta işğalçı Rusiya tərəfindən də təcrid
olunub”, – deyə Mixeil Saakaşvili bildirib.
Bu gün Tbilisi Şəhər Məhkəməsində 7 noyabr işi üzrə iclas
keçirilir. Mixeil Saakaşvili bu işdə təqsirləndirilən statusuna
malikdir. Həmin məhkəmə ona ümumilikdə 12,5 il həbs cəzası kəsib,
hansının ki hesablanması onun həbs olunduğu 2021-ci il 1 oktyabrdan
başlayıb.
Mixeil Saakaşvilinin həbs cəzası dörd iş üzrə müəyyən edilib:
• Ona qarşı ilk hökm 2018-ci il 6 yanvarda çıxarılıb – Tbilisi
Şəhər Məhkəməsi onu iştiraksız olaraq Sandro Qirqvlianın qətl işi
üzrə üç il, xidməti səlahiyyətlərdən sui-istifadə ittihamı üzrə isə
əlavə cəza ilə cəzalandırıb;
• 2018-ci ilin iyun ayında Tbilisi Şəhər Məhkəməsi onu yenidən
iştiraksız olaraq deputat Valeri Qelaşvilinin döyülməsi işi üzrə 6
il həbs cəzasına məhkum edib. 2005-ci ildə Gürcüstan Parlamentinin
üzvü Valeri Qelaşviliyə hücum edilmişdi. Bu işdə Saakaşvilinin
zorakılıq yolu ilə xidməti səlahiyyətlərdən sui-istifadədə və
sağlamlığa qəsdən ağır zərər yetirməyi təşkil etməkdə günahkar
olduğu bildirilirdi;
• 2025-ci il 12 mart tarixində ona büdcə vəsaitlərinin israf
olunması işi üzrə (səhnə adı “pijak işi”) 9 il həbs cəzası
kəsilib;
• Son hökm 2025-ci il 17 mart tarixində verilib. O, Gürcüstan
sərhədini qanunsuz keçməkdə günahkar bilinərək 4 il 6 ay həbsə
məhkum edilib. Çünki Mixail Saakaşvilinin əvvəlcədən məhkəmələr
tərəfindən ümumilikdə 9 il həbs cəzası kəsilmişdi, hakimi Mixail
Cincolianın qərarına görə, Gürcüstanın üçüncü prezidenti ümumilikdə
12 il 6 ay həbsdə olmalıdır.
Prezidentlik müddətinin bitməsindən sonra Gürcüstandan gedən Mixail
Saakaşvili ölkəyə 2021-ci il yerli özünüidarə seçkilərindən bir
neçə gün əvvəl geri dönüb. O, seçkilərdən bir gün əvvəl, 1
oktyabrda polis tərəfindən saxlanılıb və həmin gündən aclıq
aksiyasına başlayıb.
Saakaşvilinin sağlamlıq vəziyyətinin pisləşməsi səbəbindən 2021-ci
il 20 noyabrda onu Qori Hərbi Xəstəxanasına yerləşdiriblər, 40 gün
sonra isə geri Rustavi həbsxanasına qaytarılıb. Onun ailə üzvləri
və yaxınları bildirirdilər ki, müalicə üçün onu xaricə aparmaq
vacibdir, amma hakimiyyət buna razılıq verməyib.
Bir neçə ay sonra, 2022-ci il 12 may tarixində Mixail Saakaşvili
“Vivamed” klinikasına köçürülüb, iki il sonra isə, 2025-ci il 12
noyabrda yenidən penitensiar müəssisəyə qaytarılıb. Klinika
dövründə o, məhkəmə iclaslarında uzaqdan iştirak edib.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.