Norqiulda suvarma kanalının bərpası üçün 61 590 lari dəyərində tender elan edilib
Marneuli bələdiyyəsinin Norqiul kəndində mövcud olan suvarma kanalının bərpa işlərinin alınması üçün 61 590 lari dəyərində tender elan olunub. Tender sənədlərinə əsasən, layihə çərçivəsində 310 metr uzunluğunda monolit dəmir-beton suvarma kanalının tikilməsi nəzərdə tutulur.

Tender sənədlərində qeyd olunur ki, Marneuli bələdiyyəsinin Norqiul kəndində (keçmiş Mirzovka) suvarma kanalı tikilməlidir. Çünki mövcud vəziyyətə görə, əhalinin sahələrindən keçən və torpaq
tökmək üçün istifadə olunan texnika sıradan çıxıb. Bu səbəbdən suvarma kanalı lazım olan yerə qədər axmır və əhalinin həyətyanı sahələri su altında qalır. Bu amillər nəzərə alınaraq, yeni suvarma kanalının tikilməsi zəruri hesab olunur.

Tenderdə iştirak etmək istəyən şirkətlər 30 yanvardan 2 fevrala qədər öz təkliflərini təqdim edə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan sonra 90 gün ərzində işləri meriyaya təhvil verməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google