Meriya balansında olan maşınların təmirini və texniki xidmətini 80 000 lariyə almağı planlaşdırır.
Marneuli bələdiyyəsi bələdiyyənin balansında olan maşınların təmiri və texniki xidmətinin alınması ilə bağlı tender elan edib. Alqı-satqı qiymət cədvəli formasında həyata keçirilir.

Tender sənədlərinə əsasən, qiymət cədvəlinin təxmini dəyəri 726 284,00 lari təşkil edir. Alqı-satqı obyektinin müqavilə dəyəri isə 80 000,00 lari olaraq müəyyən edilib.

Xidmət profilaktik və diaqnostik işləri, həmçinin avtomobillərin təmiri ilə bağlı
bütün növ xidmətləri əhatə edir. Buraya ehtiyat hissələrinin təmiri və ya dəyişdirilməsi, sürtkü yağlarının dəyişdirilməsi, kompüter və texniki diaqnostika (ehtiyat hissələri, mühərrik və s.), təkərlərin sökülməsi və quraşdırılması, təmiri və balanslaşdırılması, alüminium və dəmir disklərin təmiri, salonun təmiri, elektrik işləri və digər zəruri xidmətlər daxildir.

Tender şərtlərinə əsasən, xidmət bələdiyyənin ehtiyaclarından irəli gələrək təcili və növbədənkənar qaydada həyata keçirilməlidir.

Tenderdə iştirak etmək istəyən şirkətlər 28–30 yanvar tarixlərində öz təkliflərini təqdim edə bilərlər.

Müqavilə bağlandıqdan sonra işlər ən gec 2026-cı il 31 dekabr tarixinədək təhvil verilməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google