Meriya Marneulidə neçə qanunsuz zibilliyin olduğunu demir
13:56 / 22.01.2026
Marneuli meriyasnın 2023-2027-ci illərin tullantıların idarəedilmə
planına görə, bələdiyyə miqyasında 2023-cü ildə 122 qeyri-qanuni
zibillik qeydə alınıb.
Marneuli meriyasından qeyri-qanuni zibilliklərin təmizləməsi
işlərinin necə aparıldığını, 2025-ci ilin göstəricilərinə əsasən
neçə təbii zibillik olduğunu, meriyanın bərk tullantıların
daşınması üçün vergi tətbiq edib etməyəcəyini aydınlaşdırmağa
çalışdıq. Yerli özünüidarə meriyanın neçə zibillik təmizlədiyi
barədə məlumat almaq üçün yazılı müraciət etməyimizi
tələb
etdi.
“Marneuli” radiosu Marneuli meriyasına ötən il, 18 dekabrda
məktubla müraciət etmişdi. Marneuli meriyasına bizə cavab vermək
üçün 1 aydan artıq vaxt lazım oldu. Buna baxmayaraq meriyadan 20
yanvarda aldığımız məlumatda bizim suallarımıza yenə də cavab
yoxdur.
“Bələdiyyədə olan zibilliklər müvafiq GPS
koordinatlarla qeydə alınıb və mərhələli şəkildə bağlanma
tədbirləri həyata keçirilir. Eləcə də Marneuli bələdiyyəsinin
tullantıların idarəsi fəaliyyət planına uyğun olaraq, tullantıların
idarə edilməsi sisteminin yaxşılaşdırılması
planlaşdırılır”, – Marneuli meriyasının cavabında
deyilir.
Gürcüstanın Ümumi İnzibati Məcəlləsinə əsasən, bələdiyyə ictimai
məlumata təcili surətdə cavab verməlidir. Əgər ictimai məlumatı
əldə etmək bələdiyyədən böyük zəhmət tələb edirsə, yaxud ictimai
məlumatı toplamağın çətin olduğunu sübut etməli və vaxtı
uzatmalıdır.
Marneuli meriyası “Marneuli” radiosuna bizim tələb etdiyimiz
məlumatın əlavə işlənməyə və ya toplamağa ehtiyac olduğu barədə
məlumat verməyib. Onların göndərdiyi məktubda isə bizim
suallarımıza cavab yazılmayıb. Ümumiyyətlə, qeyd edirlər ki, meriya
tullantıların idarəedilməsi sisteminin yaxşılaşdırılması üçün
işləyir. Müvafiq olaraq, Marneuli meriyası hələ də tullantıların
daşınması vergsini tətbiq edib etməyəcəyini, bələdiyyədə neçə
zibilliyin qaldığını demir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.