Bələdiyyə Məclisinin sıravi üzvlərinin əməkhaqqı artıb və 967 lari təşkil edir
Marneuli Bələdiyyə Məclisində vəzifə tutmayan və yalnız deputat səlahiyyətlərini icra edən deputatların əməkhaqqı 10% artırılıb.

Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridzenin “Marneuli” radiosuna verdiyi məlumata görə, sıravi deputatların əməkhaqqı iki ildir ki, artırılmayıb. Bundan əvvəl onlar ayda 880 lari alırdılar, artımdan sonra isə məbləğ 967 lari təşkil edir.

Nino Beridzenin sözlərinə görə, deputatlar bu məbləğə deputat mandatlarının icrası üçün lazım olan xərcləri ödəməyə ehtiyac duyurlar. Bu
məbləğə Bələdiyyə Məclisi iclaslarında iştirak etmək, sakinlərlə görüşlər keçirmək, vətəndaşların ərizələrini hazırlamaq və lazımi sənədlərin surətlərini çıxarmaq daxildir.

“Bilirsiniz ki, Bələdiyyə Məclisinin bəzi üzvləri vəzifə tutur və vəzifələrinə görə maaş alırlar. Amma bəzi deputatlar Bələdiyyə Məclisinin rəsmi maaşı olmayan, yəni maaş almayan sıravi üzvləridir. Buna görə də onlardan deputat hüquqlarının icrası ilə bağlı xərclər tutulur. İki ildir ki, artım olmayıb və bu il onlar üçün də 10% artım olub. Onlar əhali ilə görüşlər zamanı, Bələdiyyə Məclisinin iclaslarında iştirak edərkən, eləcə də əhaliyə məlumat çatdırarkən, iclaslarda, büdcənin surətlərini çıxararkən tamamilə hər şeydə bu məbləğə ehtiyac duyurlar. Vətəndaş gedib ərizə yazmağı xahiş etdikdə, bu ərizələri vermək və mövcud problemləri bizə çatdırmaq üçün kağız almaq lazımdır, bu da xərcdir”,
– Nino Beridze bildirir.

Bələdiyyə Məclisi iclasında gündəlikdə olan 8 məsələ müzakirə olunub və deputatlar bütün məsələlərlə bağlı müsbət qərar qəbul ediblər. Bundan əlavə, iclasda Bələdiyyə Məclisində müqavilə ilə işləyən üç nəfərin işdən azad edilməsi, Bələdiyyə Məclisi işçilərinin maaşının 10% artırılması, büdcədə dəyişikliklər və sosial məsələlər müzakirə olunub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google