Azərbaycana gələnlər də azalıb, oradan gedənlər də…
2025-ci ildə Azərbaycana dünyanın 189 ölkəsindən 2 milyon 570 min 200 xarici və ya vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu, əvvəlki il ilə müqayisədə 2.1 faiz azdır. Gələnlərin 23.9 faizi Rusiya Federasiyası, 17.7 faizi Türkiyə, 8.1 faizi İran, 6.5 faizi Hindistan, 4.3 faizi Gürcüstan, 4.1 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar.
2024-cü ilə nisbətən ən çox Çindən (41.7) və Özbəkistandan (34.3) gələnlərdə artım var.

Ötən illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı da 2.3 faiz azalaraq 2 milyon 109 min 900 nəfər olub: "Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 20.4 faiz, İrana gedənlərin sayı 9.2 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31.5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1.6 faiz azalmışdır".

Xatırlatma
Ekspertlər Azərbaycana gələnlərin sayında azalmanı, əsasən, bu ölkədə bir sıra qonşularla müqayisədə turizm imkanlarının əlverişli olmaması ilə izah edirlər. Onlar deyirlər ki, Azərbaycanda turizmlə bağlı qiymətlər qonşu ölkələrlə, o cümlədən Gürcüstanla müqayisədə yüksəkdir.

Ölkədən müvəqqəti (səyahət və s. məqsədlərlə) gedənlərin sayındakı azalma isə əhalinin dolanışıq səviyyəsinin getdikcə ağırlaşması ilə izah edilir. Hərçənd rəsmilər belə dəyərləndirmələri qəbul etmirlər.

2020-ci ilin əvvəlindən koronovirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Pandemiya başa çatsa da, bu məhdudiyyətin götürülməməsini rəsmilər təhlükəsizlik amili, ekspertlər isə hökumətin iqtisadi maraqları (ölkədən valyuta çıxmasın və s.) ilə izah edirlər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google