Marneuli meriyasının gənclər siyasəti ilə bağlı məktəblərdə görüşlər keçiriləcək
Marneuli meriyasında gənclər siyasəti ilə bağlı məlumatlandırma kampaniyası planlaşdırılır. Kampaniyanın bir hissəsi olaraq, Marneuli meriyası nəzdində fəaliyyət göstərən Gənclər Şurasının üzvlərinin iştirakı ilə bu aydan etibarən bələdiyyənin 18 ictimai ərazi vahidliyinin məktəblərində (75 məktəb) məlumatlandırma görüşləri keçiriləcək.

Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Xidmətinin müvəqqəti rəhbəri Davit Aroşidze vəsaitin ayrılması ilə bağlı Marneuli meri
Daur İsmayılova müraciət edib.

“Xatırlatmaq istərdim ki, gənclər siyasəti ilə bağlı məlumatlılığı artırmaq və bu istiqaməti gücləndirmək məqsədilə Marneuli meriyasının nəzdində fəaliyyət göstərən Gənclər Şurası üzvlərinin birbaşa iştirakı ilə bu aydan etibarən Marneulinin 18 inzibati vahidliyində yerləşən ictimai məktəblərdə (75 məktəb) məlumatlandırma görüşlərinin keçirilməsi planlaşdırılır.”

Meriya fərdi sahibkar Əkrəm Qəhrəmanovdan sadələşdirilmiş qaydada dəftərxana ləvazimatları alıb:
  • Məlumat broşürləri – 700 ədəd (210 lari);
  • Qələmlər – 300 ədəd (450 lari);
  • Dəftərlər (A5 formatında) – 300 ədəd (1200 lari);
  • Stikerlər (yapışqanlı, parlaq kağız, 8×5 sm) – 50 ədəd (10 lari).
Bundan əlavə, məlumatlandırma kampaniyası çərçivəsində köynəklərdən istifadə edilməsi də planlaşdırılır. Qeyd olunan məhsullar ikinci tender çərçivəsində sadələşdirilmiş qaydada “BHC” MMC-dən alınıb. Cəmi 50 köynək alınıb. Bir köynəyin qiyməti 14,5 lari, ümumi məbləğ isə 725 laridir.

Alınan materialların ümumi dəyəri 2595 laridir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google