Gürcüstan əhalisinin 24%-i pensiyadadır – bu, Gürcüstan Statistika
Xidmətinin 2025-ci il üçün açıqladığı məlumatlardan görünür.
Məlumatlara görə, ölkədə pensiya alanların sayı 888,5 min nəfər
təşkil edib. Eyni mənbədən aydın olur ki, Gürcüstanda ümumi əhali 3
704 500 nəfərdir.
“2025-ci ildə Gürcüstanda pensiya alanların sayı 888,5
min nəfər olub, onların 70,4%-i qadın, 29,6%-i isə kişidir. Pensiya
alanların 30,7%-i Tbilisidə, 15,5%-i İmeretidə, 10,3%-i Kvemo
Kartlida, 10,2%-i Sameqrelo-Zemo Svanetidə, 8,5%-i Kahetidə, qalan
bölgələrdə isə ümumilikdə 24,8%-dir”, – məlumatda
belə göstərilir.
Bundan əlavə, Sakstat bildirir ki, sosial paket alanların sayı
187,8 min nəfər olub, onların 32,8%-i qadın, 67,2%-i isə kişidir.
Sosial paket təyinatının əsas səbəbləri: 69,5% məhdud imkanlılıq,
17,5% müharibə iştirakçısı, 10,9% ailəsini itirmiş üzv və 2,1%
digərdir. Məhdud imkanlılıq statusuna malik sosial paket alanların
sayı 134,7 min nəfər olub. Sosial paket alanların 27,6%-i
Tbilisidə, 15,6%-i İmeretidə, 12,6%-i Acarıstanda, 9,3%-i
Sameqrelo-Zemo Svanetidə, qalan bölgələrdə isə ümumilikdə
34,9%-dir.
“2025-ci ildə məqsədli sosial yardım proqramı üzrə
qeydiyyatda olan ailələrin sayı 397,1 min nəfər təşkil edib. Əsas
dolanışıq yardımı alan ailələrin sayı 129,5 min, dövlət proqramı
çərçivəsində ictimai məşğulluğun dəstəkləndiyi və sosial cəhətdən
müdafiə olunmuş statusu qorunan ailələrin sayı isə 54,8 min nəfər
olub. Bölgələr üzrə ən çox qeydiyyatda olan ailə Tbilisidədir –
79,6 min, onların 33,5 min nəfəri yardım alır”, –
Sakstat-ın hesabatında bildirilir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.