Bakıda müəllim güllə yarası alıb
Fevralın 6-da saat 9 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında bir müəllimənin odlu silahla vurulduğu bildirilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı 10-cu sinif şagirdi saxlanılıb.

Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək müəlliməyə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Məsələyə saxlanan şagirdin yaxınları və zərərçəkən tərəfdən münasibət
almaq mümkün olmayıb.

Şahidlərin "Report"a verdiyi məlumata görə, hadisə tənəffüs zamanı baş verib. Bildirilir ki, güllə müəllimənin boyun nahiyəsinə dəyib.

TƏBİB-dən bildirilib ki, 1997-ci il təvəllüdlü şəxs Kliniki Tibbi Mərkəzə hospitalizasiya edib: "Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır".

Hadisə ilə bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb.

Bundan əvvəl Azərbaycanda müəllimlərin şəxsi zəmində odlu silahdan öldürülməsi halı baş verib. Amma yaxın tarixdə hansısa şagirdin məktəbə gələrək odlu silahdan müəlliminə xəsarət yetirməsi kimi insident xatırlanmır.

Bununla belə, son illər Azərbaycanda yeniyetmələr arasında cinayətlərin artması ilə bağlı açıqlamalar var. Rəsmi məlumatlara görə, 2024-2025-ci tədris ilində məktəblilər tərəfindən və ya məktəblilərə qarşı 40-dan çox cinayət hadisəsi qeydə alınıb.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google