Səhiyyə Nazirliyinin məlumatına görə, psixotrop dərmanların
qanunsuz və həddindən artıq miqdarda təyin edilməsi səbəbilə
10 tibb işçisi peşə məsuliyyətinə cəlb edilib. Bir həkimin həkimlik
fəaliyyəti üzrə sertifikatı ömürlük ləğv olunub, 8 həkimin
fəaliyyət hüququ 6 ay müddətinə məhdudlaşdırılıb, birinə isə yazılı
xəbərdarlıq verilib.
Nazirliyin bildirdiyinə görə, aşkar olunan pozuntuların bəzi
halları hüquqi qiymətləndirmə üçün istintaq orqanlarına
göndərilib.
Dərmanların qanunsuz təyinatı faktları Səhiyyə Nazirliyinin Peşəkar
İnkişaf Şurasında müzakirə olunub.
“Müəyyən edilib ki, həkimlər tərəfindən psixotrop
dərman reseptləri əsaslandırma, diaqnoz qoyulması və pasiyentlə
məsləhətləşmə aparılmadan yazılıb.
Həmçinin bir pasiyentə eyni vaxtda müxtəlif adlı güclü təsirə malik
psixotrop dərmanlar – ‘Lirika’, ‘Diazepam’ və ‘Baklofen’ təyin
olunub.
Ayrı-ayrı hallarda psixotrop dərman reseptini müvafiq icazəsi
olmayan həkim verib. Bundan əlavə, dərmanlar gündəlik doza ilə
müqayisədə iki və üç dəfə artıq miqdarda təyin
edilib”, – məlumatda qeyd olunur.
Səhiyyə naziri Mixeil Sarcveladzenin sözlərinə görə, monitorinq və
təhlil nəticəsində aşkar edilən pozuntular qanunvericilik
çərçivəsində müvafiq reaksiya tələb edir.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.