Gürcüstan Texniki Universitetinin Akademik Şurası “Gürcü Arzusu”nun
təhsil islahatını dəstəkləyir, lakin Tbilisi Dövlət Universiteti
ilə birləşməyə qarşı çıxır.
5 fevral tarixli Akademik Şura qərarında universitet bildirir ki,
“Gürcü Arzusu”nun Parlamentdə iki gün əvvəl qəbul etdiyi qanunun
nəzərdə tutduğu yenidən təşkilatlanma (reorqanizasiya)
“universitetin muxtariyyət prinsipinin məhdudlaşdırılmasıdır”.
Qərar Akademik Şura tərəfindən yekdilliklə – 36 lehinə, 0 əleyhinə
səslə qəbul
edilib.
Qərara əsasən:
- Gürcüstan Texniki Universitetinin Akademik Şurası Gürcüstan
hökuməti tərəfindən elan edilmiş ali təhsil sisteminin inkişafına
və təkmilləşdirilməsinə yönəlmiş islahatları açıq şəkildə
dəstəklədiyini bildirir və konstitusion prinsiplərə sadiqlik və
akademik azadlıq çərçivəsində bu vacib və təxirəsalınmaz prosesdə
iştirak etməyə hazır olduğunu təsdiqləyir.
- Akademik Şura universitetin muxtariyyətinin istənilən formada
məhdudlaşdırılması ilə, o cümlədən universitetin iradəsi nəzərə
alınmadan Gürcüstan Texniki Universitetinin İvane Cavaxişvili adına
Tbilisi Dövlət Universiteti ilə mümkün birləşdirilməsinə
qarşıdır.
- Akademik Şura bəyan edir ki, universitetin idarəetmə
orqanlarının – Akademik Şura, Nümayəndələr Şurası (Senat),
universitetin tələbə özünüidarəetməsi, fakültə şuraları,
elmi-tədqiqat institutlarının elmi şuraları və rektorluğun iştirakı
olmadan həyata keçirilən istənilən reorqanizasiya (birləşmə)
Gürcüstan Konstitusiyasının 27-ci maddəsi ilə təminat altına
alınmış universitet muxtariyyəti prinsipinin pozulmasıdır.
- Akademik Şura Gürcüstan hökumətindən və Gürcüstanın Təhsil, Elm
və Gənclər Nazirliyindən “Ali təhsil haqqında” qanuna
dəyişikliklərlə (ali təhsil müəssisələrinin reorqanizasiyası ilə
bağlı) əlaqədar qanunaltı normativ aktların qəbulunu və dərcini
dayandırmağı xahiş edir. Bu proses yalnız ehtiyacların əsaslı
şəkildə araşdırılmasından, universitet ictimaiyyəti çərçivəsində
real və məzmunlu müzakirələrin aparılmasından və universitetin
kollegial idarəetmə orqanlarının razılığı alındıqdan sonra həyata
keçirilməlidir.
- Akademik Şura universitetin akademik və elmi ictimaiyyəti
adından bir daha bildirir ki, istənilən formatda Gürcüstan hökuməti
və Təhsil, Elm və Gənclər Nazirliyi ilə birlikdə ali təhsilin milli
konsepsiyası əsasında həyata keçiriləcək islahatların, o cümlədən
universitetin reorqanizasiyası məsələlərinin ətraflı müzakirəsində
iştirak etməyə hazırdır. Bu müzakirələrin məqsədi Gürcüstanda
mövcud olan güclü mühəndislik məktəbinin daha da
gücləndirilməsidir.
- Universitetin Akademik Şurası Gürcüstan hökuməti tərəfindən
təsdiqlənmiş ali təhsil islahatı konsepsiyasının ruhunu bölüşür və
ümid edir ki, hökumət də 104 illik tarixə malik universitetin
minlərlə akademik, elmi, inzibati və köməkçi personalının, eləcə də
tələbələrinin müraciətini nəzərə alacaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.