Rustavi-Lilo yolunda ağır qəza – Bir nəfər həlak olub
Rustavi-Tbilisi yolunda, Lilo istiqamətində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Məlumatı "İnfo Rustavi" agentliyi yayır.

Hadisə səhər saatlarında baş verib. Mövcud məlumata görə, Lilo istiqamətində hərəkət edən minik avtomobili ötmə əməliyyatını yerinə yetirərkən yük maşını ilə toqquşub.

Qəza nəticəsində "Hyundai"da olan üç sərnişin: bir
gənc oğlan və iki orta yaşlı qadın hadisə yerində dünyasını dəyişib.


Güclü toqquşma nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Print Email
FaceBook Twitter Google