Avropa Parlamenti 'təhlükəsiz ölkələr'dən sığınacaq istəyənlərin deportasiyasını sadələşdirib
Avropa Parlamenti Avropa İttifaqının (Aİ) sığınacaq verilməsi proseduru üzrə reqlamentinə dəyişikliklər edib. Aİ ölkələrində sığınacaq istəyənlər üçün "təhlükəsiz üçüncü ölkələr" və "təhlükəsiz mənşə ölkələri" anlayışlarına dəyişiklik olunub. Sənədi indi Avropa İttifaqı Şurası təsdiqləməlidir.

Banqladeş, Kolumbiya, Misir, Kosovo, Hindistan, Mərakeş və Tunis avropalılar üçün "təhlükəsiz" ölkələr kimi tanınıb. Siyahıya Aİ-yə namizəd ölkələr, Gürcüstan, Türkiyə və Serbiya da
salınıb.

Aşağıdakı hallarda bu statusla bağlı suallar yaranır:

- həmin ölkələrin ərazisində hərbi münaqişə baş verərsə;

- bu ölkələrin vətəndaşlarına Aİ-də sığınacaq verilməsi ilə bağlı müsbət qərarların payı 20 faizi keçərsə;

- fundamental insan hüquqlarının pozulmasına görə onlara sanksiyalar tətbiq olunarsa.

Bu zaman Aİ üzvləri özləri "təhlükəsiz" mənşə ölkələrini müəyyən edə bilərlər.

Avropa Parlamenti "təhlükəsiz üçüncü ölkə" konsepsiyasının yeni şərtlərini təsdiqləyib. Söhbət sığınacaq istəyənin vətəndaşı olmadığı, amma onu müdafiə ilə təmin edə biləcək dövlətdən gedir. Aİ və ya ayrı-ayrı üzv dövlətlə sığınacaq istəyənlərin qəbulu və yerləşdirilməsi barədə razılaşması olan üçüncü ölkə bu təsnifata düşə bilər. Yaxud sığınacaq istəyənin Aİ-yə gedərkən tranzit keçdiyi ölkə də "təhlükəsiz üçüncü ölkə" sayıla bilər. Əgər şəxs Avropa ölkəsinə həmin ölkənin təhlükəsiz saydığı başqa bir dövlətdən keçibsə, həmin ölkənin onun müraciətinə baxmamaq hüququ var.

"Təhlükəsiz üçüncü ölkələr"in yekun siyahısı təsdiqlənməyib, Aİ-nin hər bir üzvü bu cür dövlətlərin siyahısını özü müəyyən edə biləcək.

İyulun sonundan Almaniya siyasi motivlərlə təqib olunan şəxslərə humanitar vizaların verilməsini dayandırıb.

Daha sonra Avropa Parlamenti vizasız rejimin dayandırılması mexanizminə islahatı təsdiqləyib. Bu mexanizm "təhlükəsizliyə təhdid yaradan və ya insan hüquqlarını pozan" ölkələr üçün nəzərdə tutulub. Bu tədbirlər Aİ ilə vizasız rejimdən yararlanan 61 ölkəyə, eləcə də Aİ üzvlüyünə namizəd Qərbi Balkan ölkələrinə, Moldovaya və Ukraynaya aid ediləcək.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google