Paşinyan: Venslə Bakıdakı erməni məhbusların məsələsi müzakirə olunub
11:11 / 11.02.2026
Bakıda həbsxanalarda saxlanan erməni məhbusların məsələsi ABŞ-nin
vitse-prezidenti Cey Di Vensin Yerevana səfəri zamanı müzakirə
olunub.
Bunu baş nazir Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində
deyib.
"Biz bu məsələdə maksimum səssiz işləyirik. Xahiş
edirəm, məndən çox detal gözləməyin. Amma deyirəm ki, bu məsələni
müzakirə etmişik. Elə bir danışıq yoxdur ki, orada bu mövzuya
toxunmayaq", – Paşinyan bildirib.
C.D.Vens
Yerevandan Bakıya yola düşməzdən öncə də jurnalistlərə
deyib ki, Azərbaycandakı erməni məhbusların məsələsi
qaldırılacaq.
Amma vitse-prezidentin fevralın 10-da Bakıdakı görüşlərində bu
məsələni müzakirə edib-etmədiyi bəlli deyil. O, prezidenti İlham
Əliyevlə mətbuata birgə bəyanatdan sonra jurnalistlərin suallarını
cavablandırmayıb.
Yanvarın 14-də Bakıda saxlanılan dörd məhbus Ermənistana
qaytarılıb. Ermənistan Azərbaycanda daha 19 erməni məhbusun
saxlanıldığını deyir. Qarabağdakı keçmiş separatçı qurumun
təmsilçiləri və onlarla mühakimə edilənlərdən ibarət 16 nəfər də bu
siyahıya aid edilir. Terrorçuluq, soyqırımı, işgəncə və digər
maddələrlə təqsirli bilinən həmin şəxslərdən beşinə ömürlük, 10-na
20 ildən 15 ilədək həbs cəzası kəsilib. Onlar ittihamları qəbul
etməyib bəraət istəmişdilər.
Məhkəmə hökmlərindən sonra erməni məhbusların Ermənistana
qaytarılmasının mümkünlüyünə gəlincə, Paşinyan deyib ki, bu hökmlər
onu ağrıdıb. Baş nazir əlavə edib ki, münaqişəni bircə rıçaqla
dayandırmaq mümkün deyil. Onun sözlərinə görə, bu problem dinc
yolla həll oluna bilər.
Paşinyan müsahibəsində onu da deyib ki, Rusiyanın maraqlarına zərbə
vurmaq Ermənistanın planlarına daxil deyil və olmayacaq.
"Heç kəs bizi Rusiyaya qarşı hərəkətlərə çəkə
bilməz", – deyən Paşinyan Rusiya prezidenti və baş
naziri ilə isti münasibətləri olduğunu əlavə edib. Bu haqda
AzadlıqRadiosunun erməni xidməti yazır.
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bugünlərdə deyib ki,
Avropa İttifaqına (Aİ) üzv olmaq qərarı erməni xalqının seçimidir.
Amma Yerevan Aİ-nin xaraktercə dəyişməsini nəzərə almalıdır, bu
blok getdikcə iqtisadi birlikdə hərbi-siyasi quruma çevrilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.