Kanadada məktəbdə baş verən atışmada 10 nəfər həyatını itirib, onlarla yaralı var
Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Tambler-Ric şəhərindəki orta təhsil müəssisəsində silahlı insident qeydə alınıb.
Atışma zamanı hücumu təşkil edən şəxs də daxil olmaqla, ən azı 10 nəfərin həyatını itirdiyi bildirilir.

Oxu.Az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.

Bildirilir ki, qurbanlardan altısının cəsədi məktəb binasının daxilində tapılıb, digər bir yaralı isə xəstəxanaya
təxliyə edilərkən yolda dünyasını dəyişib. Bundan əlavə, hüquq-mühafizə orqanları yaxınlıqdakı yaşayış binasında daha iki nəfərin cəsədini aşkar ediblər və bu ölümlərin həmin silahlı hücumla əlaqəli olduğu ehtimal edilir.

Hadisə nəticəsində əlavə olaraq 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanalara yerləşdirilib. Hazırda polis əməkdaşları faciənin başvermə səbəblərini və təfərrüatını araşdırmaq üçün istintaq tədbirlərini davam etdirirlər.

Mənbə: oxu.az


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google