Gələn ildən etibarən marketlərdə plastik qablaşdırmada yerləşdirilmiş içkilərin satışı dayandırıla bilər

“Biz hesab edirik ki, plastikdən ümumiyyətlə imtina edilməlidir və marketlərdə plastik qablaşdırmada olan içkilər satılmamalıdır.

Bu, artıq hökumət tərəfindən həyata keçirilən tənzimləmələrin növbəti mərhələsi olmalıdır,” – bunu Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili “Biznespartnyor” verilişində bildirib.

Onun sözlərinə görə, bu məsələ hələlik təşəbbüs mərhələsindədir, lakin ehtimal olunur ki, gələn ildən qüvvəyə minəcək.

“Dövlət qida ilə təmasda olan plastik məmulatlarla bağlı genişmiqyaslı islahatlar həyata keçirir. Növbəti mərhələ HORECA sektorunu – yəni hotelləri və restoranları əhatə edəcək və burada plastik məmulatların istifadəsi 1 iyul tarixindən qadağan olunacaq. Biz bu barədə indidən məlumat veririk ki, onların hazırlıq üçün vaxtı olsun. Biznes nümayəndələri ilə görüşlər zamanı da bildirmişdik ki, hökumətin növbəti mərhələdə belə təşəbbüsü olacaq. Yəni bu,
qida obyektləri və hotelləri əhatə edəcək və bu yerlərdə plastik qablaşdırmada olan içkilərdən istifadə edilməməlidir.

Sonrakı mərhələ isə plastikdən ümumiyyətlə imtina edilməsi və marketlərdə plastik qablaşdırmada olan içkilərin satışının dayandırılması olacaq. Bu, artıq hökumət tərəfindən həyata keçirilən tənzimləmələrin növbəti hissəsi olacaq. Bunun ehtimalən gələn ilin fevral ayından tətbiq olunması nəzərdə tutulur. Hazırda bu, yalnız təşəbbüsdür və hələ hökumət tərəfindən təsdiqlənməyib. Biz bu istiqamətdə mərhələli şəkildə irəliləyirik ki, tənzimləmələr biznes üçün əlavə təzyiq yaratmasın. Biz istehsal olunan məhsulların həcmini yaxşı başa düşürük, lakin qeyd etmək lazımdır ki, ixrac məhdudlaşdırılmır. İstehsalçılar ixrac məqsədilə istənilən istiqamətdə, o cümlədən birdəfəlik qablar, konteynerlər və digər məhsullar istehsal edə bilərlər,”
– deyə Solomon Pavliaşvili “Biznespartnyor” verilişində bildirib.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google