Qızıl və gümüş bahalaşmaqda davam edir: Gürcüstanda bir qramın qiyməti neçəyədir?
Dünya birjalarında qızıl və gümüşün qiyməti yüksək həddə qalmaqda davam edir. Beynəlxalq "GoldPrice" platformasının son məlumatlarına görə, qiymətlərdə yenidən artım müşahidə olunur.

Tbilisi vaxtı ilə saat 12:30-a olan məlumata əsasən, qızılın bir unsiyasının qiyməti 5 052 dollara yüksəlib. Bu, cəmi bir gün ərzində 0,88 faiz artım deməkdir. Gümüşdə isə artım daha nəzərəçarpandır. Gümüşün bir unsiyası bir
gündə 3,4 faizdən çox bahalaşaraq 83,45 dollar təşkil edib.

Bəs Gürcüstanda bir qram qızıl və gümüş neçəyədir?
Dünya bazarlarındakı bu artım daxili qiymətlərə də təsir edib. Hazırda ölkəmizdə müxtəlif əyarlı qızıl və gümüşün bir qramı üçün satış qiymətləri belədir:

Qızıl:
  • 999 əyar (saf qızıl): 460 lari;
  • 750 əyar: 345 lari;
  • 585 əyar: 269 lari.
Gümüş:
  • 999 əyar gümüşün bir qramı 9,37 lari;
  • 800 əyar gümüşü isə 7,50 lariyə əldə etmək olar.
Qeyd edək ki, beynəlxalq birjalardakı dalğalanmalar səbəbindən gün ərzində qiymətlərdə yenidən dəyişikliklər baş verə bilər.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google