Gürcüstan Parlamentində ölkədəki demoqrafik problemləri araşdırmaq
və vəziyyəti düzəltmək üçün yeni işçi qrupu yaradılır.
Bu barədə Səhiyyə və Sosial Məsələlər Komitəsinin sədri Zaza
Lominadze məlumat verib.
Komitə sədrinin sözlərinə görə, dünyanın bir çox ölkəsində olduğu
kimi, Gürcüstanda da əhalinin azalması ciddi narahatlıq doğurur.
Xüsusilə "Covid-19" pandemiyasından sonra ölkədə doğulanların sayı
ilə ölənlərin sayı arasındakı balans mənfi
istiqamətə dəyişib.
“Ölkəmizdə, eləcə də dünyanın bir çox ölkələrində
demoqrafiya siyasəti böyük çağırışdır və əhali sayı azalır.
Hökumətin əsas prioritetlərindən biri də demoqrafiya məsələsidir,
lakin son illərdə, xüsusilə COVID-19 pandemiyasından sonra, ölkədə
mənfi demoqrafik balans müşahidə olunur. Buna görə də komitədə işçi
qrup yaradılacaq. Qrup uşaqlı ailələrin sosial-iqtisadi
vəziyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr hazırlayacaq və bu
tövsiyələr hökumətə təqdim olunacaq.”
Məqsəd nədir? Yeni yaradılan işçi qrupunun əsas vəzifəsi uşaqlı
ailələrin sosial və iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün
konkret təkliflər hazırlamaqdır. Bu tövsiyələr yaxın gələcəkdə
həyata keçirilməsi üçün Gürcüstan hökumətinə təqdim olunacaq.
Qrupda kimlər təmsil olunacaq? Məsələnin ciddiliyini nəzərə alaraq,
işçi qrupuna demək olar ki, bütün dövlət qurumları cəlb edilib.
Qrupda Parlament üzvləri ilə yanaşı:
- Səhiyyə, Təhsil, Maliyyə, İqtisadiyyat, Ədliyyə və
Regionların İnkişafı nazirliklərinin nümayəndələri;
- Gürcüstan Patriarxlığı;
- Milli Statistika Xidməti;
- BMT-nin Əhali Fondu təmsil olunacaqlar.
Həmçinin, Acarıstan hökuməti, Tbilisi və Batumi meriyaları, eləcə
də sahə üzrə ekspertlər bu işə yaxından dəstək verəcəklər.
Hakimiyyətin əsas prioritetlərindən biri ailələrin rifahını
artırmaqla ölkədəki demoqrafik balansı yenidən bərpa etməkdir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.