Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, qəzalı yaşayış
binasında yaşayan və əvəzləmə proqramlarından hər hansı birində
iştirakdan imtina edən şəxsə bələdiyyə tərəfindən ödənilən kirayə
haqqı dayandırılacaq.
Kaladze bildirib ki, əgər şəxs bələdiyyədən kirayə pulu alırsa və
eyni zamanda qəzalı yaşayış binasının əvəzlənməsi üzrə proqramların
hər hansı birində iştirakdan imtina edərsə, ona kirayə haqqının
ödənişi altı ay
müddətinə dayandırılacaq.
“Kirayə haqlarının ödənilməsi qaydasında dəyişiklik
edirik. Qəzalı binaların əvəzlənməsi istiqamətində artıq bir neçə
mühüm proqram mövcud olsa da, təəssüf ki, bəzi mülkiyyətçilər
meriyanın kirayə proqramından qeyri-səmimi şəkildə istifadə
edirlər. Bu şəxslər əvəzləmə proqramlarında iştirakdan imtina
edirlər və bununla da digər mülkiyyətçilərin hüquqlarına zərər
vururlar. Bununla yanaşı, paralel olaraq illər ərzində meriyadan
kirayə pulu alırlar. Dəyişikliklərə əsasən, əgər şəxs kirayə pulu
alırsa və eyni zamanda müəyyən olunarsa ki, o, qəzalı yaşayış
binasının əvəzlənməsi üzrə proqramların hər hansı birində
iştirakdan imtina edir, ona kirayə haqqının ödənilməsi altı ay
sonra dayandırılacaq və yalnız əvəzləmə proqramlarında iştirak
etməyə razılıq verdikdən sonra bərpa olunacaq”, –
deyə Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, əvəzləmə proqramlarından hər hansı birində
iştirakdan imtina edən və bundan sonra kirayə pulu almaq üçün əsas
yaranan şəxsə, proqramda iştirak etməyə razılıq verməyənədək kirayə
haqqı ödənilməyəcək.
“Mən Tbilisi sakinlərindən xahiş edirəm ki, bu prosesə
məsuliyyətlə yanaşsınlar və bizim təklif etdiyimiz proqramlardan
istifadə etsinlər. Bu proqramlar yalnız onların rifahının
yüksəldilməsinə və mülkiyyət obyektlərinin yaxşılaşdırılmasına
yönəlib. Biz istəyirik ki, sizə kömək edək, yaşayış şəraitinizi
yaxşılaşdıraq və qəzalı binalarda yaşamayasınız, çünki bu, təhlükə
yaradır. Bələdiyyə sizin yanınızda olmağa hazırdır. Bu imkandan
istifadə edin və qeyd olunan proqramdan yararlanın”,
– deyə Kaxa Kaladze bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.