Ukraynada prezident seçkiləri və Rusiya ilə istənilən sülh sazişi
üzrə referendum planlaşdırılır.
"The Financial Times" yazır ki, Tramp administrasiyası Kiyevə hər
iki səsvermənin mayın 15-dək keçirilməsi üçün təzyiq edir, əks
halda, ABŞ-nin təklif etdiyi təhlükəsizlik zəmanətləri verilməyə
bilər.
Ukrayna və Qərb rəsmiləri, məsələ ilə tanış digər şəxslərin
dediyinə görə, Ağ ev Kiyevə Ukrayna və Rusiya arasında
sülh
danışıqlarının yazda bitməsi üçün güclü təsir göstərir. ABŞ-nin
iyunun sonunacan müharibəni başa çatmasından ötrü bütün sənədlərin
imzalanmasını istəyir.
"Onlar iyunadək hər şeyi etmək istəyirlər... Yəni
müharibə bitsin. Aydın qrafik istəyirlər", – Ukrayna
prezidenti ötən cümə jurnalistlərə demişdi.
Zelenski indiyədək ölkənin hərbi vəziyyətdə olduğunu əsas gətirərək
seçki keçirməyin mümkün olmadığını deyirdi.
FT-nin Ukrayna və Avropa rəsmilərinə istinadla yazdığına görə,
Zelenski fevralın 24-də prezident seçkisi və referendum keçirmək
planını elan etməyi planlaşdırır. Həmin gün Rusiyanın təcavüzkar
müharibəsinin 4 ili tamam olacaq.
Qəzet Zelenski administrasiyasından, ABŞ-nin Kiyevdəki
səfirliyindən şərh ala bilməyib.
Sülh sazişi əldə olunarmı?
Ukrayna və Qərb
rəsmiləri isə qrafikin, ABŞ-nin ultimatumunun qüvvədə qalmasının
bir sıra faktorlardan asılı olduğunu deyirlər. Ən əsası Rusiya
prezidenti Vladimir Putinlə sülh sazişi yönündə proqres əldə
olunmalıdır.
Qəzet yazır ki, Kiyevin planı Zelenskinin özünün yenidən seçilmək
ehtimalını gücləndirmək niyyətini göstərir. O, həm də Trampı əmin
etmək istəyir ki, sülh sazişi əldə olunarsa, Kiyev onu
yubatmayacaq.
Zelenskiyə ictimai dəstək yetərincə olsa da, rəy sorğuları dörd il
öncə ilə müqayisədə dəstəyin azaldığını üzə çıxarıb. Buna
müharibədən yorğunluq, prezidentin yaxın ətrafındakı korrupsiya
qalmaqalları təsirini göstərib.
Zelenski Ukraynanın ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə
razılaşma əldə etdiyini, onu imzalamağa hazır olduğunu deyib. Amma
ABŞ prezidenti bu zəmanətləri sülh sazişinin əldə olunması ilə
şərtləndirib.
Rusiya Ukraynadan Donbasdan qüvvələrini tamamilə çıxarmağı tələb
edir. Zelenski indiyədək ərazi güzəştə getməyəcəyini deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.