Milli Qida Agentliyinin Şida Kartli Regional Xidmətinin
müfəttişləri dövlət nəzarəti çərçivəsində quşların 8 qeyri-qanuni
kəsim məntəqəsini və yumurtanın qeyri-qanuni istehsalını
aşkarlayıblar.
Agentliyin məlumatına görə, sözügedən obyektlər iqtisadi
fəaliyyətlər reyestrində qeydiyyatdan keçmədən və Milli Qida
Agentliyi tərəfindən verilən məcburi tanınma olmadan fəaliyyət
göstəriblər. Aşkarlanmış pozuntularla bağlı qanunvericiliklə
nəzərdə tutulan tədbirlər görülüb.
Qurumun bildirdiyinə əsasən, tanınma və qeydiyyat verilənədək
aşağıdakı
obyektlərin istehsal prosesi dayandırılıb:
- Quş kəsim məntəqəsi – fərdi sahibkar N. Z. (Qori rayonu,
Karaleti kəndi) – obyektdə kritik uyğunsuzluqlar aşkar edilib,
kəsilmiş toyuqlar möhürlənib;
- Quş kəsim məntəqəsi – M. T. (Qori rayonu, Didi Qarecvari
kəndi);
- Quş kəsim məntəqəsi – B. K. (Qori rayonu, Karaleti kəndi);
- Quş kəsim məntəqəsi – G. B. (Qori rayonu, Patara Qarecvari
kəndi);
- Yumurta istehsalı – B. M. (Qori rayonu, Patara Qarecvari
kəndi);
- Quş kəsim məntəqəsi – G. M. (Qori rayonu, Karaleti kəndi);
- Quş kəsim məntəqəsi – M. G. (Qori rayonu, Didi Qarecvari
kəndi);
- Quş kəsim məntəqəsi – A. Ç. (Qori rayonu, Didi Qarecvari
kəndi);
- Quş kəsim məntəqəsi – “Chicken Meat Products” MMC (Qori rayonu,
Karaleti kəndi).
Agentlik bildirir ki, qeyri-qanuni müəssisələrin aşkar edilməsi
məqsədilə ölkə üzrə dövlət nəzarəti cari ildə də aktiv şəkildə
davam etdirilir.
Milli Qida Agentliyi biznes operatorlara bildirir ki, fəaliyyəti
heyvan mənşəli qida məhsullarının istehsalı (ilkin istehsal istisna
olmaqla) və ya emalı ilə bağlı olanlar məcburi tanınma üçün
vaxtında müraciət etsinlər və müəyyən olunmuş müddətlərdə iqtisadi
fəaliyyətlər reyestrində qeydiyyatlarını yeniləsinlər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.