Tbilisi Prokurorluğu vəzifə səlahiyyətlərini aşmaqda şübhəli
bilinən polis əməkdaşını saxlayıb.
Araşdırmaya görə, 10 fevralda Nadzaladevi metro ərazisində
hərəkətdə olan bir yeniyetmə Qldani-Nadzaladevi Rayon Polis
İdarəsinin əməkdaşları tərəfindən yoxlanış məqsədilə saxlanılıb.
Polis əməkdaşları qanunla nəzərdə tutulmuş tədbirləri həyata
keçirsələr də, həmin idarənin müavini L.X. vəzifə səlahiyyətlərini
aşaraq, yeniyetmənin qanuni nümayəndəsinin iştirakı olmadan onun
mobil telefonunu yoxlamağa cəhd edib.
Yeniyetmə telefonun açılmasını rədd edib, buna görə isə L.X. ona
sözlə təhqir edib, hədələyib və telefonun açılmasını zorla həyata
keçirməyə çalışıb. Hadisə zamanı yeniyetmə davamlı olaraq qanuni
nümayəndəsinin çağırılmasını tələb edib.
Tbilisi Prokurorluğunda aparılan araşdırmada L.X. vəzifə
səlahiyyətlərini aşdığı faktını etiraf edib və dərhal saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 333-cü maddəsinin I hissəsi ilə
ittiham irəli sürülüb. Həmin maddəyə görə, saxlanılan şəxsi 3
ilədək azadlıqdan məhrumetmə gözləyir.
Prokurorluq yaxın günlərdə məhkəməyə saxlanmış polis əməkdaşı üçün
qətimkan tədbiri tətbiq edilməsini təqdim edəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.