“Gürcü Arzusu” hökumətinin qəbul etdiyi dəyişikliklərə əsasən,
tədris proqramları əhəmiyyətli
dərəcədə məhdudlaşdırılan İlia Dövlət Universiteti növbəti tədris
ilində bakalavr proqramları üzrə yalnız 300 tələbə qəbul edə
biləcək.
“Gürcü Arzusu” hökuməti dövlət universitetlərinin tədris
proqramlarını həyata keçirmək hüququnun məhdudlaşdırılması barədə
qərar elan etdikdən sonra hökumətin müvafiq qərarı da dərc
olunub.
Qərarda hansı universitetdə hansı proqramların saxlanıldığı və
vahid milli
imtahanların nəticələrinə əsasən bu proqramlara neçə
tələbənin qəbul edilə biləcəyi göstərilib.
Rəqəmlərlə – qısa məlumat
İlia Dövlət Universitetində mövcud 36 proqramdan yalnız 16 proqram
saxlanılır.
Əgər ötən il naec.ge saytında dərc olunmuş məlumat kitabçasına
əsasən, universitetdə bakalavr proqramları üzrə qəbul yerlərinin
sayı 4207 idisə, bu il yalnız 300 yeni tələbə qəbul edilə
biləcək.
Bu, ötənilki kvotadan 14 dəfə (təxminən 92%) azdır.
“Azadlıq Radiosu”nun məlumatına görə, universitet ötən il
ümumilikdə 3500 tələbə qəbul edib ki, bu da gələn il qəbul ediləcək
tələbələrin sayından demək olar 12 dəfə çoxdur.
Hazırda İlia Dövlət Universitetində bakalavr və magistr proqramları
üzrə ümumilikdə 17 295 tələbə təhsil alır. Fakültələr üzrə bölgü
belədir:
- Elmlər və incəsənət – 7270;
- Təbiət elmləri və tibb – 1469;
- Biznes, texnologiyalar və təhsil – 6779;
- Hüquq – 1777.
Hansı proqramlar saxlanılır
- Yer Kürəsini öyrənən elmlər – 30 yer
- Riyaziyyat – 20
- Fizika – 20
- Biologiya – 20
- Tarix – 20
- Gürcü filologiyası – 20
- İngilis dili və ədəbiyyatı – 20
- Tətbiqi germanistika – 10
- Fransaşünaslıq – 20
- Azad elmlər – 10
- Kompüter mühəndisliyi – 20
- Mülki mühəndislik (ingilis dilində) – 15
- Kompüter mühəndisliyi (beynəlxalq, ingilis dilində) – 20
- Elektrik və elektronika mühəndisliyi (ingilis dilində) –
15
- Mülki mühəndislik – 20
- Erkən uşaqlıq inkişafı və təhsili – 20
Hansı proqramlar ləğv olunur
2025-2026 tədris ili üçün qəbul elan edilən, lakin gələn ildən ləğv
ediləcək proqramlar:
- Sosiologiya
- Psixologiya
- Fəlsəfə
- Kinoşünaslıq
- Rus dili və ədəbiyyatı (əsas və əlavə ixtisas)
- Ədəbiyyatşünaslıq
- Siyasi elmlər
- Beynəlxalq münasibətlər: Avropa və Yaxın Şərq
- İncəsənətşünaslıq
- Biznes idarəçiliyi (menecment)
- Biznes idarəçiliyi (turizm)
- Biznes idarəçiliyi (bank və maliyyə işi)
- Arxeologiya
- Musiqi
- Memarlıq
- Tətbiqi incəsənət – ictimai məkanlar üçün bədii keramika
- Qrafika sənəti
- Kompüter elmləri (ingilis dilində)
- Ekologiya
- İbtidai sinif müəllimliyi üzrə inteqrasiya olunmuş
bakalavr-magistr proqramı (I-VI siniflər)
Digər universitetlərdə saxlanılan istiqamətlər
Tbilisi Dövlət Universiteti
- Dəqiq və təbiət elmləri
- Humanitar elmlər (pedaqogika istisna olmaqla)
- Hüquq
- İqtisadiyyat və biznes idarəçiliyi
- Sosial və siyasi elmlər
Tbilisi Dövlət Tibb Universiteti
Suxumi Dövlət Universiteti
- Aqrar ixtisaslar
- Gürcü-abxaz dili, ədəbiyyatı və pedaqogika
Gürcüstan Texniki Universiteti
- Mühəndis-texniki ixtisaslar
Təhsil və elm naziri Qivi Mikanadze fevralın 12-də bildirib ki,
hökumətin qərarına əsasən aqrar istiqamət hələlik Texniki
Universitetdə qalır və qəbul bu universitetin adı ilə elan
ediləcək. O əlavə edib ki, yaxın günlərdə reorganizasiya prosesi
başlayacaq və bir neçə ay ərzində aqrar istiqamət Suxumi Dövlət
Universitetinə keçiriləcək.
Bunun nəticəsində 2026-2027 tədris ilində aqrar fakültəyə qəbul
olunan tələbələr təhsillərini Suxumi Dövlət Universitetində davam
etdirəcəklər.
Digər universitetlər
- İncəsənət və İdman universitetləri tələbələri müvafiq
ixtisaslar üzrə qəbul edəcəklər;
- Batumi və Kutaisi universitetləri çoxfunksiyalı statuslarını
qoruyacaqlar;
- Zuqdidi, Qori, Axaltsixe və Telavi universitetlərində əsas
diqqət aqrar ixtisaslara, turizm və pedaqogikaya yönəldiləcək.
“Ali təhsil islahatı”
“Gürcü Arzusu” hökuməti
fevralın 12-də ali təhsil islahatının bir hissəsi kimi dövlət
universitetlərinin tədris proqramlarının həyata keçirilməsinin
məhdudlaşdırılması barədə qərar təqdim edib.
İlia Dövlət Universitetinin rektoru Nino Doborcqinidze bu qərardan
sonra “Facebook” səhifəsində yazıb:
“Qərar qəbul edənlər mütləq universitet ictimaiyyəti
qarşısında cavab verməli olacaqlar – təkcə indi
yox!”
“Gürcü Arzusu”nun ali təhsil üzrə islahatı fakültələrin “bir şəhər
– bir fakültə” prinsipi əsasında azaldılmasını nəzərdə tutur.
Beynəlxalq tədqiqatçılar və xarici professorlar dekabr ayında
İrakli Kobaxidzeyə müraciət edərək ali təhsil islahatına yenidən
baxmağa çağırıblar.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.