Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçukun
bəyanatına görə,
Moskva işğal olunmuş Abxaziya ərazisindən keçməklə Rusiya ilə
Gürcüstan arasında dəmir yolu əlaqəsinin bərpasını nəzərdən
keçirir.
O bildirib:
“Qafqazda zədələnmiş bütün
marşrutların blokadadan çıxarılması üzrə işlər aparılır. Bu işlər
çərçivəsində Rusiya Federasiyası ilə Gürcüstan arasında Abxaziya
ərazisindən keçməklə dəmir yolu əlaqəsinin bərpası imkanı da
müzakirə olunur”.
Moskva nə istəyir
Rusiyanın hökumətyönlü “TASS”
agentliyinin məlumatına görə, baş nazirinin müavini bu marşrutun
bərpasının “əsas vəzifə”nin həlli üçün zəruri olduğunu deyib.
Onun sözlərinə görə, bu “vəzifə” Qafqazda nəqliyyat və logistika
əlaqələrinin gücləndirilməsidir. Bu isə, onun fikrincə, Azərbaycan,
Ermənistan, Gürcüstan, İran, Türkiyə və Rusiya xalqları arasında
sülh, sabitlik və iqtisadi rifah üçün “kritik əhəmiyyət
daşıyır”.
O əlavə edib:
“Bu mühüm ümumi vəzifənin həllində regionun bütün
dövlətləri arasında konstruktiv əməkdaşlığa ümid
edirik”.
- 12 fevral axşam saatlarında “Azadlıq Radiosu” Gürcüstan Xarici
İşlər Nazirliyinin mətbuat mərkəzi ilə əlaqə saxlayaraq, Moskva ilə
bu mövzuda hər hansı formatda danışıqların aparılıb-aparılmadığını
dəqiqləşdirməyə çalışıb.
- Cavab əldə olunarsa, məlumat yenilənəcək. Nazirlik hələlik
Overçukun bəyanatı ilə bağlı başqa ictimai açıqlama verməyib.
Dəmir yolunun bərpası istəyi
Gürcüstan dəmir
yolunun Abxaziya hissəsinin bərpası barədə Moskva və işğal olunmuş
Abxaziyanın de-fakto hakimiyyət nümayəndələri tez-tez
danışırlar.
2023-cü ilin payızında Abxaziyanın keçmiş de-fakto lideri Aslan
Bjania bildirmişdi ki, onlara “Rusiya Dəmir Yolları” şirkətinin
mütəxəssislərindən ibarət nümayəndə heyəti səfər edib və ehtimal
olunan xərcləri hesablayıb.
O demişdi:
“Oçamçiredən sonrakı dəmir yolu ya tamamilə dağılıb, ya
da mühəndis infrastrukturu – yolun özü, körpülər, elektrik xətləri,
tunellər və s. qəzalı vəziyyətdədir. Bütün bunların bərpası
lazımdır. Komissiyanın səfərindən sonra həmin hissənin bərpasının
nə qədər vəsait tələb edəcəyinin hesablanması
aparılır”.
Bjaniya həmçinin bildirib ki, məsələ “gürcü tərəfi hazır olduqda”
həll ediləcək.
- Bundan əvvəl, 2023-cü ilin avqustunda Müstəqil Dövlətlər
Birliyinin dördüncü departamentinin direktoru Denis Qonçar
Moskvanın Abxaziya və Cənubi Osetiya vasitəsilə Gürcüstanla
avtomobil və dəmir yolu əlaqəsinin mümkün olduğunu hesab etdiyini
demişdi.
- Rəsmi Tbilisi isə ənənəvi olaraq bu ideyaya qarşı çıxır.
- Məsələn, 2023-cü ilin iyununda parlamentdə illik hesabat təqdim
edərkən, o vaxtkı baş nazir, hazırda həbsdə olan İrakli Qaribaşvili
bəyan etmişdi ki, Gürcüstanın ərazi bütövlüyü bərpa olunmadan
Abxaziya dəmir yolu hissəsi bərpa edilməyəcək və hökumətin əsas
məqsədi məhz ərazi bütövlüyünün bərpasıdır.
Overçukun Ermənistan dəmir yolu barədə
açıqlaması
Overçuk bu gün həmçinin bildirib ki, Moskva
və İrəvan Ermənistan dəmir yolunun iki hissəsinin bərpası ilə bağlı
danışıqlar aparmağı planlaşdırır.
Söhbət Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yolu
xətlərindən gedir.
Ermənistan dəmir yolunun bu hissələri konsessiya müqaviləsi
əsasında Rusiya Federasiyasının dövlət şirkətinə verilib.
Bundan əvvəl, 2025-ci il dekabrın 25-də Ermənistanın baş naziri
Nikol Paşinyan bildirmişdi ki, əgər “Rusiya Dəmir Yolları” şirkəti
vəd etdiyi investisiyaları vaxtında qoymasa, Ermənistan dövləti
hazırda rus şirkətinin nəzarətində olan dəmir yolu hissələrini geri
ala bilər.
Regionda dəyişikliklər
25 dekabrda Ermənistan
hökumətinin iclasından sonra Paşinyan bildirib ki, rus tərəfi
müqavilə öhdəliklərini məntiqli müddətdə yerinə yetirməsə,
Ermənistan büdcə vəsaiti hesabına əsas dəmir yolu infrastrukturunu
bərpa etməyə hazırdır.
- İrəvan bu məsələni Azərbaycan və Türkiyə ilə danışıqları yeni
mərhələyə çıxardıqdan sonra fəallaşdırıb. Bu ölkələrlə yük
daşımaları onilliklər boyu dayandırılmışdı.
- Hazırda Ermənistan hökuməti “Sülh yolayrıcı” adlandırdığı
konsepsiyanı inkişaf etdirir və bu çərçivədə ABŞ və Azərbaycanla
birlikdə “Tramp marşrutu” üzərində işləməyə başlayıb.
- Regionda geosiyasi dəyişikliklər fonunda bəzi ekspertlər
Gürcüstanın proseslərdən kənarda qaldığını düşünür.
Məsələn, 11 fevralda ABŞ-ın Helsinki Komissiyasında keçirilən
brifinqdə beynəlxalq ticarət üzrə məsləhətçi şirkət McLarty
Associates-in baş icraçı direktoru Kler Kayser bildirib:
“Gürcüstan hökuməti, faktiki olaraq, regionda gedən dərin və müsbət
siyasi və geosiyasi transformasiyadan yayınır.”
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.