4 oktyabrda Atoneli sarayının yaxınlığında baş verən hadisələrlə
bağlı təqsirləndirilən şəxslərin bir hissəsi ilə prosessual
razılaşma bağlana bilər.
Tutulan şəxslərdən biri olan Davit Sturuanın vəkili Mariam
Çxeidzenin sözlərinə görə, o, həmkarlarından məlumat alıb ki, bir
neçə təqsirləndirilənin vəkili ilə əlaqə saxlanılıb və onlara
prosessual razılaşma təklif olunub.
Çxeidzenin məlumatına əsasən, söhbət 1 il şərti cəza
və 1 il real
həbs cəzasından gedir.
Prosessual razılaşmanın əsas şərtlərindən biri təqsirin etiraf
olunması olduğuna görə, vəkillərin bir hissəsi bildirir ki, belə
təklif olacağı təqdirdə, onlar bununla razılaşmayacaqlar. Çünki
onların fikrincə, saxlanılan şəxslər cinayət törətməyiblər.
Mövcud məlumata görə, prokurorluq prosessual razılaşmanı
hüquq-mühafizə orqanlarının əməkdaşlarının xəsarət almadığı
hallarla bağlı təqsirləndirilən şəxslərə təklif edir.
Tbilisi Şəhər Məhkəməsində 4 oktyabr hadisələri ilə bağlı
təqsirləndirilən şəxslər – Qiorqi Çaxunaşvili, İa Daraxvelidze, Eva
Şaşiaşvili və daha 12 nəfərin məhkəmə prosesi bir neçə dəqiqədən
sonra başlayacaq.
Məlumat üçün bildirək ki, 4 oktyabr hadisələri ilə bağlı saxlanılan
Qoça Qataşviliyə, Sulxan Abralavaya, Konstantine Kokaiaya, Davit
Jğentə, Kaxaber Mjavanadzeyə, Aleksandre Qoqoladzeyə, Davit
Sturuaya, Eva Şaşiaşviliyə, Zaxro Albutiaşviliyə, Qenadi
Kelixaşviliyə, Dato Kutskaiyaya, Ramaz Corbenadzeyə, Candri
Tirkiaya, Qiorqi Çaxunaşviliyə və İa Daraxvelidzeyə Gürcüstan
Cinayət Məcəlləsinin 19-222-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi
ilə ittiham irəli sürülüb. Bu maddə strateji və xüsusi əhəmiyyətli
obyektlərin ələ keçirilməsi və blokadaya alınmasına qrup halında
cəhd etməni nəzərdə tutur. Onlara həmçinin Cinayət Məcəlləsinin
225-ci maddəsinin ikinci hissəsi ilə ittiham irəli sürülüb ki, bu
da qrup halında zorakılıqda iştirak etməni nəzərdə tutur.
İa Daraxvelidze, Qiorqi Çaxunaşvili və Eva Şaşiaşvili girov
qarşılığında azadlıqdadırlar.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.